Xəsarət alan 5 avtomobildən 3-ü istifadəsiz hala düşüb, partiya üzvləri xəsarət alıb.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Tunceli səfərindən qayıdarkən, onun maşın karvanında qəza baş verib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, avtomobillərdən biri yola çıxmış iti vurmamaq üçün dərhal əyləcə basıb, onun arxasınca gələn avtomobillər də nəzarəti itirərək bu avtomobillə toqquşub.
Xəsarət alan 5 avtomobildən 3-ü istifadəsiz hala düşsə də, yüngül zədələr almış MHP heyətinin üzvləri xəstəxanaya getmədən öz yollarına davam ediblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?