GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Xətai rayonunda «Esmiralda» masaj salonunda əxlaqsızlıq tüğyan edir -POLİS İSƏ GÖZ YUMUR

Xətai rayonunda «Esmiralda» masaj salonunda əxlaqsızlıq tüğyan edir -POLİS İSƏ GÖZ YUMUR

Tarix: 11-07-2014, 01:00 Bölmə :Ölkə Baxış: 0
Xətai rayonunda «Esmiralda» masaj salonunda əxlaqsızlıq tüğyan edir -POLİS İSƏ GÖZ YUMUR


İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və Xətai RPİ-nin rəhbərliyi əxlaqsızlıq yuvasının fəaliyyətinə dərhal xitam verməlidir
Firuz Haşımov: ««Esmiralda» masaj salonunun yerlə-yeksan edilməsini istəyirəm»
gundemxeber.az - Daxiliİşlər Nazirliyinin (DİN) İnsan Alverinə QarşıMübarizə İdarəsinin və aidiyyəti polis idarələrinin əməkdaşları tərəfindən əxlaqsızlıq yuvalarına qarşı mübarizə tədbirlərinin aparılmasına baxmayaraq, qadın ticarəti ilə məşğul olan dəstələr öz çirkin niyyətlərindən əl çəkmirlər. Son vaxtlar müxtəlif adlar altında fəaliyyət göstərən masaj salonlarının sayının artması yüngül həyat tərzi keçirən qadınların işinə yarayıb və onlar bu salonlara üz tutaraq müştərilərə seksual xidmət göstərirlər.

Paytaxtda təkcə Çin, tay masaj salonları deyil, həm də azərbaycanlıların işlətdiyi masaj salonları var ki, burda milli-mənəvi dəyərlərimizin məhv edilməsi istiqamətində iş aparılır. Amma müalicəvi bir prosedur olan masaj tibbi personal tərəfindən deyil, adi insanlar tərəfindən aparılır. Halbuki, masaj — xəstə və yorğun bir orqanın yenidən əvvəlki durumuna qaytarılması üçün orqanizm üzərində tətbiq edilən müalicə nümunəsidir. Günbəgün çoxalan və lisenziyasız fəaliyyət göstərən masaj salonlarına heç bir nəzarət yoxdur. Ekspertlər həyəcan təbili çalaraq paytaxtda yerləşən bir sıra masaj salonlarında yetkinlik yaşına çatmayan qızların seksual xidmətlər göstərdiyini söyləyirlər. Bu cür salonlara nəzarətin vacibliyini vurğulayan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, xarici ölkələrdə masaj salonlarına ciddi dövlət nəzarəti var: «Azərbaycanda da həm qeyri-millətdən olanların, həm də azərbaycanlıların açdığı masaj salonlarında mütəmadi yoxlamalar aparılmalıdır. Təəssüf ki, belə yoxlamalar aparılmır. Paytaxtın ən mərkəz yerlərində açıq-aşkar fəaliyyət göstərən masaj salonlarının heç birinə nəzarət edilmir”. Səhiyyə və Sağlam Həyat İctimai Birliyinin rəhbəri Lətafət Əlizadə isə bildirib ki, masaj salonları Səhiyyə Nazirliyi tərəfindən nəzarətə götürülməlidir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin sözlərinə görə isə masaj salonlarına Səhiyyə Nazirliyi nəzarət etmir: «Nazirlik heç bir masaj salonunu lisenziyalaşdırmır. Əgər həmin salonlarda tibbi xidmət göstərilmirsə, ona lisenziya verilmir. Əgər onlar sırf masajla məşğul olursa, bu başqa məsələ». İş orasındadır ki, bu gün masaj salonu adı atında fəaliyyət göstərən obyektlərin demək olar ki, heç birində sırf tibbi xidmətlər göstərilmir.



Müəyyən qrupların nəzarəti altında fəaliyyət göstərən masaj salonlarının əksəriyyəti əxlaqsızlıq yuvalarına çevrilib. Xatırladaq ki, qəzetimizin əvvəlki saylarından birində Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsində yaşayış binasının zirzəmisində yerləşən «Esmiralda» masaj salonu ilə bağlı məlumat vermişdik. Bildirmişdik ki, adıçəkilən masaj salonunda yetkinlik yaşına çatmayan qızlar müştərilərə intim xidmətlər təklif edirlər. Dünən redaksiyamıza telefon zəngi açan və özünü salonun rəhbəri kimi təqdim edən Əsmər adlı birisi səs tonunu ucaldaraq yazılan məqaləyə görə qəzeti bağlatdıracağını deyib. Hərənin öz səviyyəsi var. Təbii ki, biz əxlaqsızlıq yuvası işlədən qadının səviyyəsinə enə bilməzdik. Və ona əlindən nə gəlirsə beş qat artığını etməsini məsləhət görüb dəstəyi üstünə qoyduq. Birincisi, biz həqiqəti yazmışıq. Qaçaq Nəbi küçəsinin sakinləri masaj salonunun fəaliyyətindən narazıdır. İkincisi, hansısa fahişəxananın, gündə yüz kişinin bədəninə əli və başqa yerləri dəyən kimsələr «Gündəlik Bakı» qəzetini bağlatdırmaq gücündə deyillər. Burda çalışanlar və obyekt rəhbərliyi gedib öz işlərilə məşğul olsalar, məsləhətli olardı. Məsələdən xəbər tutan Qaçaq Nəbi küçəsinin sakini, tanınmış publisist Firuz Haşımov «Esmiralda» masaj salonunda cərəyan edən iyrənc hadisələrə kəskin etirazını bildirdi: «Qədim Şərq hamamlarında, eyni zamanda Azərbaycanın qədim mədəniyyət mərkəzi olan şəhərlərindəki ümumi hamamlarda kisə çəkənlərlə yanaşı, püştəmal, yəni masajçılar da var idi. Onların sənəti çox ağır idi. Hər adam onlara öz bədənini etibar etmirdi. Həmin masajçılar qədim şərq təbabətinin qanunları əsasında masajçılıq fəaliyyəti ilə məşğul olurdular. Bu hamamlarda qadın masajçılar olmayıb. Mənim Vətənimin 20 faizi düşmən tərəfindən işğal olunub. Mənəvi dəyərlərimiz böyük təhlükə qarşısındadır.



Gündə cəbhə xəttindən ya bir əsgərin şəhid olması xəbəri gəlir, ya da dinc sakinlərin atəşə məruz qalması haqqında eşidirik. Camaat kipriyi ilə od götürür, bir şəhidin qırxı bitməmiş digəri dünyasını dəyişir. Belə bir şəraitdə masaj salonlarının açılmasına icazə verənlərin özləri əxlaqsızdırlar. Gənc nəslin başına gətirilən oyunları hamı görür. Xarici ideoloji təxribatçı mərkəzlərin nəzarətsiz qalmış gənclərimizi nə cür tora saldığını hər kəs bilir. Belə bir anda masaj salonlarının sayının artması təhlükənin daha da böyüməsinə səbəb olur. Mən masaj salonlarını əxlaqsızlıq yuvası adlandırıram. Kimsə bir az pul tapan kimi masaj salonu açır. «Esmiralda» masaj salonunun qapısının qarşısında yarım saat durmaq kifayətdir ki, ora gələn kontingenti müəyyən edə biləsən. Azərbaycanın hazırkı mənəvi mühitində masaj salonları əxlaqsızlıq yuvalarından başqa bir şey deyil. Salonun sahibi qəzetə çox da xox gəlməsin. Qız-gəlininin namusu düşmən tərəfindən tapdalanmış məmləkətdə masaj salonlarının artması faciə deməkdir. Bunların qudurğanlığına bax ki, qəzeti bağlatdıracaqları ilə hədələyirlər. Siz kimsiniz axı? Binamızın sakinlərinin hamısı əxlaqsızlıq yuvasına çevrilən masaj salonunun bağlanmasının tərəfdarıdır. Hansısa hüquq-mühafizə orqanına şikayət edəndə «Esmiralda» masaj salonunun rəhbərliyi sutenyor ordusu ilə adamın üstünə gəlir. Mən bir dəfə masaj salonunun rəhbərinə sual etdim ki, belə bir əxlaqsızlıq yuvasını sənin arvad-uşağın yaşayan binanın qarşısında açsaydılar, necə olardın? Cavab verə bilmədi». Firuz Haşımovun sözlərinə görə, cəzasızlıq mühiti əxlaqsızlıq yuvalarının sayının çoxalmasına gətirib çıxarıb: «Mən həmişə Azərbaycan polisinin şərəfini qorumuşam. Xətai Rayon Polis İdarəsinin vəzifəli şəxslərindən birindən soruşdum ki, nə vaxt bu «Esmiralda» masaj salonunun axırına çıxassınız.

Qayıtdı ki, onların lisenziyası var. Polis əməkdaşı belə deyəndən sonra nə etmək olar? Bu masaj salonunda qadın ticarəti tüğyan edir. Camaatın gözü qabağında min cür iyrənclikdən çıxırlar. Yad kişilərin bədənini tumarlayan qadınlar qəzet bağlatdıra bilər? «Esmiralda» masaj salonunun yerlə-yeksan edilməsini istəyirəm. Sakinlər fahişə qızların və onlarla intim əlaqədə olan şəxslərin səsindən rahat yata bilmir. Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları əxlaqsızlıq yuvasını bağlamasalar, bina sakinləri öz bildikləri formada hərəkət edəcək».

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hardasa xırda cinayət hadisəsi baş verən kimi dərhal xəbər tutub müvafiq tədbirlər görürlər. Bəs, yüzlərlə ailənin yaşadığı binanın zirzəmisində fəaliyyət göstərən «Esmiral»da masaj salonundakı baş verən iyrənclikləri niyə görən yoxdur? Xətai Rayon Polis İdarəsinin rəisi Əkbər İsmayılovdan xahiş edirik ki, fahişəliyin baş alıb getdiyi «Esmiralda» masaj salonunu bağlayıb qadın ticarətinə qarşı aparılan mübarizəyə öz töhfəsini versin. DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarını bura dəvət edirik. Qoy gəlib masaj salonunda cərəyan edən əxlaqsızlıqları yerindəcə görsünlər. Digər tərəfdən, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun hansısa marağı yoxdursa, niyə əxlaqsızlıq yuvasının fəaliyyətinə xitam vermir? Axı xalqımızın milli dəyərlərinə bu formada zərbə vurmaq olmaz. Ümid edirik ki, bu yazıdan dərhal sonra aidiyyəti hüquq-mühafizə orqanlarının nümayəndələri lisenziyasız fəaliyyət göstərən «Esmiralda» masaj salonunun qapısına möhür vurub fahişə qızların ayağını burdan kəsəcək. Gələn saylarımızda masaj salonundan reportaj hazırlayacağıq. Bizi izləməyi unutmayın.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda masaj salonunda gizli çəkiliş – Qızlardan intim xidmət

    Bakıda masaj salonunda gizli çəkiliş – Qızlardan ...

    8-05-2018, 20:16

  • 
  • “Xanım sizi bir saat masaj edir, sonra isə…”- BAKIDAKI ƏXLAQSIZLIQ YUVASINDAN GİZLİ ÇƏKİLİŞ - VİDEO

    “Xanım sizi bir saat masaj edir, sonra isə…”- ...

    10-10-2017, 15:26

  • 
  • Masaj salonlarının çılpaq rus gözəlləri

    Masaj salonlarının çılpaq rus gözəlləri ...

    13-07-2013, 23:21

  • 
  • Bakıda karantin qaydalarını pozan masaj salonu aşkarlandı

    Bakıda karantin qaydalarını pozan masaj salonu ...

    29-08-2020, 15:44

  • 
  • Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı

    Bakıda masaj salonu adı ilə fahişəxana təşkil ...

    14-01-2019, 16:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu