ş adamı, Qazax rayonu, Aşağı Əskipara kənd sakini Elşad Məmmədov üzləşdiyi problemlə bağlı hüquq müdafiəçisi Vidadi İsgəndərliyə müraciət etdi.
gundemxeber.az Mediaxeberleri.com saytına istinadən məlumat verir ki, Elşad Məmmədov 366 min manatını “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmliyə məxsus “Həsən-96” MTK tərəfindən fırıldaq yolu ilə ələ keçirildiyini və qaytarılmadığını iddia edərək, iki gün öncə görüşərək bütün sənədlərini Vidadi İsgəndərliyə təqdim edib. Vidadi İsgəndərli : "Mən, hüquq müdafiəçisi olaraq insan haqlarının qorunması üçün əlimdən gələni edəcəm". Konkret olaraq, bu hadisənin detallarını və Elşad Məmmədovun haqlı olmağı məsələsi hüquqi həllini tapmasa da, ümumilikdə Azərbaycandakı orta və kiçik ranqlı iş adamları üçün simvoıik xarakter daşıyır. Təbii ki, Hacı İbrahim səviyyəsində hakimiyyətdə dayaqları olan iri iş adamları daha fərqli vəziyyətdədirlər və belə problemlərin əksəriyyəti məhkəmələr tərəfindən məhz onun kimilərin xeyrinə həll olunur. Elşad Məmmədovun əlində "AVESTA" Konserninə daxil olan "HƏSƏN-96" MTK-dan 51 və 52 saylı mənzillərin satın alınması haqqında bütün hüquqi sənədlər var. Mən əminəm Elşadın haqlı olmağına.Elşad Məmmədov haqlı olmasını bütün KİV-lərdə və özünün fb. səhifəsində deyir və yazır. Bu mübahisə cinayət xarakterlidir, burada məhkəmə pretmeti yoxdur. Burada Hacı İbrahim özünün ətrafı ilə sadə iş adamına nüfuz edərək məhkəmələri öz xeyrinə qərar çıxarmağa vadar edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?