Bütün dünyanı heyrətləndirən İraq Şam İslam Dövləti (IŞİD) qruplaşması daha bir addımı ilə təəccübə səbəb olub.
Terror təşkilatı əleyhdarlarına etdirilən tövbənin mətnini yayıb.
Tövbənin mətni belədir:
"Mən İslam dövlətinə qarşı döyüşmənin Allah və onun elçisinə qarşı döyüşmək demək olduğunu təsdiqləyir və bir daha ona qarşı savaşmayacağıma söz verirəm.
Ayrıca, İslam Dövlətinin xəbəri olmadan heç bir qrupa qatılmayacağıma və və belə bir qruplar yaratmayacağıma, daha əvvəl bağlı olduğum qrupun və öz şəxsi silahlarımız təslim edəcəyimə söz verirəm. Bu şərtlədən birini yerinə yetirmədiyim halda cəzalandırılacağımı istəyir və bunu təsdiq edirəm".
Tövbə etmək istəyənlər 2 şəkillə IŞİD-ə bağlı şəriət məhkəməsinə müraciət edərək tövbə edir və bunu yazılı şəkildə imzalayır.
Qeyd edək ki, terror təşkilatı Allahın əmrində vuruşduğunu bəyan etsədə, İraq və Suriyada günahsız insanlara və əsirlərə qarşı vəhşicəsinə davranır. Bu isə İŞİD-in İslam dininin buyurduqlarını deyil, tam əksinə hərəkət etdiyini təsdiqləyir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?