İraq rəsmilərinin sözlərinə görə, İraq qüvvələri, kürd döyüşçüləri və şiə silahlılar Kərkükün cənubundakı Süleyman Bəy qəsəbəsinə daxil olaraq İslam Dövləti yaraqlılarının 3 aylıq nəzarətinə son qoyub.
İraq qüvvələri dünən də iki ay idi İslam Dövləti yaraqlılarının mühasirəsində olan Əmirli qəsəbəsinə daxil olmuşdu.
ABŞ-ın təyyarələrinin müşayiəti ilə artıq qəsəbəyə humanitar yardım çatdırılmaqdadır.
ABŞ ordusu bu gün bildirib ki, bazar günü İslam Dövlətinə qarşı Mosul bəndi yaxınlığından başlayan hava hücumları davam edir.
Bugün habelə Britaniya baş naziri Deyvid Kameron parlamentə bildirib ki, Britaniya ABŞ-ın İraqda İŞİD-ə qarşı hava hücumlarını dəstəkləyir. O, İslam Dövlətinin yaratdığı terror təhlükəsinə qarşı Britaniyanın yeni qanun qəbul etməli olduğunu bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?