Mingəçevir şəhərində uşaq doğuş zamanı dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə Mingəçevir şəhər Doğum Evində qeydə alınıb. Oğlan övladını dünyaya gətirmək üçün xəstəxanaya yerləşdirilən Mingəçevir şəhər sakini, 1979-cu il təvəllüdlü Ocaqverdiyeva Esmira Yadulla qızının vəziyyəti doğuş zamanı qəflətən pisləşib və o, koma vəziyyətinə düşüb. Mama-ginekoloq Gülnarə Quliyevanın rəhbərliyi ilə həyata keçirilən doğuş əməliyyatı faciə ilə nəticələnib. Doğuş zamanı uşaq ölüb, vəziyyəti ağır olan ana isə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər uşağın doğuşdan əvvəl, yəni ana bətnində öldüyünü, xəstənin yaxın qohumları isə uşağın ölümünü və ananın koma vəziyyətinə düşməsini həkim səhlənkarlığı səbəbindən baş verdiyini bildirirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?