Bakıda məşhur iş adamını döymək istəyiblər, onun mühafizəçisi hücum edən şəxsə ağır xəsarət yetirib.Azinform.az-ın məlumatına görə, təxminən 10 gün bundan əvvəl «Xalqlar Dostluğu» yarmarkasının sahibi, tanınmış iş adamı İman Quliyev təsadüfi mübahisə zəminində düşdüyü davadan canını zorla xilas edə bilib. İman Quliyev bu xoşagəlməz halla 8 km, Nəsimi küçəsi 2404 ünvanında yerləşən və onun özünə məxsus «Şərq Saray» restoranın yaxınlığıda üzləşib. «İman restoranına aparan yolda qonşudakı obyekt yiyələrindən birinin hansısa tikinti apardığını görüb. Ətrafında olan mühafizəçilərlə həmin yerə yaxınlaşıb etirazını bildirib. Mübahisə zəminində qarşı tərəfdə olanlardan biri İmanın üstünə hücum çəkərək əl-qol atmağa başlayıb. İmanın mühafizə xidmətinin rəhbəri qorxusundan heç bir hərəkət edə bilməyib. Ancaq mühafizəçilərdən biri biznesmenə hücüm çəkənə ağır xəsarət yetirib. Vəziyyət o qədər ciddi hal alıb ki, İmanın mühafizəçisi polis bölməsinə, onun xəsarət yetirdiyi şəxs isə xəstaxanaya aparılıb. İman tez bir zamanda məsələni «yoluna» qoya bilib» -deyə, mənbə bildirib. Hadisədən sonra İman Quliyev mühafizə xidmətinin rəisini vəzifəsindən azad edərək davada fəallıq göstərən mühafizəçini onun yerinə təyin edib. Maraqlıdır ki, baş verən bu hadisə barədə hüquq—mühafizə orqanları tərəfindən ictimaiyyətə heç bir məlumat verilməyib. Xatırladaq ki, İman Quliyev ölkənin ən imkanlı adamlarından biri hesab olunur. Bakıdakı məşhur “Şərq saray”, “Romance” restoranları, “Xalqlar Dostluğu” yarmarkası, turizm bölgələrində çoxsaylı istirahət mərkəzlərinin sahibidir. Həmçinin, tikinti sektorunda da əhəmiyyətli payı var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?