Bununla da acığı keçməyən ər 1 yaş 8 aylıq körpəni də anasına verməkdən imtina edib. İnterpress.az-a daxil olan məlumata görə, ərin xanımına bu qədər qəddar davranmasınnı səbəbi daha gənc bir xanımla tanış olması olub. Xanımına qarşı zorakılıq nümayiş etdirən şəxsin tanış olduğu qadının Şamaxıdan olan jurnalist olduğu bildirilir.
Zorakılıqla üzləşən qadın övadını ala bilmək üçün məhkəməyə müraciət etməyi düşünür. Hazırda isə 28 yaşlı Elnaz Əliyeva (ad şərtidir) “Təmiz dünya” İctimai Birliyinin sığınacağında yerləşdirilib.
Sığınacaqdan veriləm məlumatda bildirilir ki, qadın bunan əvvəl əmisi oğlu ilə ailəli olub. Qazaxıstanda yaşayan gənc ailə ərin xəyanəti nəticəsində dağılıb. Bununla yanaşı qadın həyat yoldaşı vasitəsilə yoluxucu xəstəliyə tutulub. Buna görə də ona Qazaxıstanı tərk etməyə çox çərtinliklə icazə almaq mümkün olub. Azərbaycana qayıtdıqdan sonra əkiz övlad dünyaya gətirən qadın xeyli müddət sonra indiki həyat yoldaşı ilə tanış olub. Ancaq qızı dünyaya gəldikdən sonra mütəmdi olaraq fiziki zorakılıqla üzləşib.
Sonuncu dəfə isə E.Əliyevanı şlanqla döyən ər jurnalist xanımla tanışlığı əsas gətirərək onu evdən qovub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?