Bakıda jurnalist qadın öz ailəsi tərəfindən ölümlə təhdid olunur.
İnterpress.az-a daxil olan məlumata görə, ailəsi tərəfindən təhdidlərə məruz qalan Kəmalə Əliyeva (ad şərtidir) “Təmiz dünya” İctimai Birliyinin sığınacağına müraciət edib.
“Təmiz dünya”dan bildirilib ki, xəbər portallarından birində çalışan jurnalist xanımın ailəsi valideynlərinin müdaxiləsi nəticəsində dağılıb.
Qurumdan vurğulanıb ki, ailəsi dağıldıqdan sonra oğlu ilə bərabər yaşayan qadına ailəsi tərəfindən təzyiqlər davam edib: “Sığınacağa müraciət edəndə döyülmüş vəziyyətdə idi. Dediyinə görə, ata-anası, hətta əmisi də ona qarşı zorakılıq nümayiş etdiriblər. Bu barədə danışdığına və sığınacağa müraciət etdiyinə görə isə hətta onu ölümlə, başını kəsməklə hədələyirlər”. “Təmiz dünya”nın məlumatına görə, qadın təşkilata 13 yaşlı oğlu ilə bərabər müraciət etdiyindən onlar Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?