GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Təbrizdə mal-mülkü olan məşhur yazarla Bakıda qeyri-adi alış-veriş..

Təbrizdə mal-mülkü olan məşhur yazarla Bakıda qeyri-adi alış-veriş..

Tarix: 14-07-2014, 02:25 Bölmə :Ölkə Baxış: 0
Təbrizdə mal-mülkü olan məşhur yazarla Bakıda qeyri-adi alış-veriş..


Həmid Herisçi müxbirimizlə bazarlığa çıxdı; Naxçıvan duzu, rus südü, Novxanı göyərtisi və satıcılara olan 17 manat borc: “Dünyada ən dadlı meyvə-tərəvəz otaylı-bu taylı Azərbaycandadı”

Qayınanası ilə bazarda təsadüfən rastlaşan yazıçı Səmayə xanımın hədəfinə gəldi:

“Kürəkənimdən o qədər şikayət yazaram...”

“Mən hər səhər “kaşa” bişirirəm, özü də çox dadlı bişirirəm”

“İran hökumətini Amerika, İsrail yıxa bilmədi, biz yıxacağıq? Çox güclü hökumətdir”

Belə qərara gəldik ki, tanınmışlardan biri ilə bazarlıq edək. Daha doğrusu, onların bazarlıq etdiyi müddətdə müşahidəçi kimi yanlarında olaq. Etdikləri bazarlıq, satıcılarla ünsiyyətlərinə şahidlik edək.

Projemizin ilk iştirakçısı kimi yazıçı Həmid Herisçini “gözaltıladıq”. Həmid bəy bizə yad hesab olunmur; həm jurnalistikaya bir başa dəxli olan biridir, həm də redaksiyamızın dostudur, vaxtaşırı yazıları “Yeni Müsavat” qəzetində və musavat.com saytında dərc olunur. Ona görə də bəyə ərkimiz çatdığından siftəni onunla etmək qərarına gəldik.

H.Herisçi ilə layihəmiz haqda danışdıq. Razılıq verdikdən sonra görüş üçün nəzərdə tutduğumuz yeri, həmçinin vaxtı təyin etdik.

Danışdığımız kimi səhər saat 10:30-da “Azadlıq prospekti” metro stansiyasının çıxışında
- “Maqnit” mağazasının qarşısında onu gözlədik. 15-20 dəqiqədən sonra, Həmid bəy gəldi. Salamlaşıb, yolumuza davam etdik.

- Həmid bəy, birinci nədən başlayaq? İndi hansı bazara gedirik?

- Bazara yox, marketə gedəcəyik. Şəkər tozu alacam, bir də süd. Mən özüm ümumiyyətlə lap səhər tezdən bazarlıq edirəm. Sadəcə sizə görə bu saatda gedirəm. Gördüyünüz bu “Araz” marketdən alış-veriş edirik. Buradan ala bilərik. Amma bilmirəm, görəsən şəkil çəkməyə icazə verəcəklər? Bura bir az qəliz marketdir.

- Biz də məhsulların qiymətləri düşməmək şərti ilə şəkil çəkə bilərik.

- Yaxşı.

Həmid Herisçi elə marketin girəcəyində bir sağa, bir sola baxıb oradan bazarlıq etmək fikrindən daşındı.

- Ya da gedək qabaqda bir market var ora. Orada bazarlıq edərkən şəkil çəkmək də asan olacaq. Çünki “Araz” market qəliz marketdir, onlarla danışıb şəkil çəkdirmək bir az vaxt aparacaq. Bunlardan qorxum yoxdur e, sadəcə boş yerə vaxtımız gedəcək.

Müsahibim və mən “Araz” marketdən bir az aralıda yerləşən “Ərzaq” adlı marketə girdik. H.Herisçi dükanın işçilərilə danışıb gəlişimizin məqsədi haqda izahat verdi:

- Bunlar dostlarımızdır. Qəzetdən gəliblər, mənim şəklimi çəkəcəklər. Narahat olmayın, sizə ziyanı olmayacaq.

- Birinci nə alacaqsınız?

- Süd. Mən hesab edirəm ki, halal insan, halal pul qazanan adam özü bazara gedir, onun ləzzətini alır. Baxın, bu süd ana-bala südüdür, “Aquşa”. Hesab edirəm ki, ana-bala məsələlərində kimsə yalançılıq etmir. Ona görə bu süddən alıram, düşünürəm ki, keyfiyyətlidir. Mən bir süd alacam, bir də şəkər tozu. Çünki hər səhər tezdən “kaşa” bişirirəm. Dadlı da bişirirəm.

Həmid bəy südü aldıqdan sonra şəkər tozu almaq üçün marketi dolaşarkən duzu görüb, duz almaq lazım olduğunu da xatırladı:

- Bir də duz almalıyam. Onu da deyim ki, Naxçıvan duzu yazılan duzlar çox keyfiyyətlidir. Həmişə bu duzdan istifadə edirik. Çox sevirəm. Bizim öz Azərbaycan duzu- Naxçıvan duzu. Daş duzdur. Mən reklam eləmirəm ha. Bunları çəkəcəksiz?

- Bəli, bizə də elə əsas bu maraqlıdır.

- Bu duz çox keyfiyyətli duzdur. Kabab bişirərkən, bu duzdan istifadə etsək, çox əla olar. Azərbaycan yeməklərinə dad verən duzdur. Süd də alanda rus südü alıram. Çünki bilirəm ki, rusların süd məhsulları keyfiyyətli olur. Özüm Rusiyada bir müddət yaşadığıma görə bilirəm ki, Rusiyanın ağartı məhsulları çox keyfiyyətli olur.

- Həmid bəy, belə başa düşdüm ki, marketlə işiniz bitdi. Tərəvəzi də burdan alacaqsınız?

-Yox, tərəvəzi başqa yerdən alacam.

Birdən müştərisini tanıyan xanım satıcı bizi, əlimizdəki kameranı görüb narahat halda marketdə nələr baş verdiyini soruşdu. Satıcı ilə H.Herisçi arasında maraqlı dialoq alındı:

- Salam

- Əleykumsalam.

Satıcı:

- Nəyi çəkir, o? Kimi çəkir?

H.Herisçi:

- Məni. Səni də çəksinlər?

Satıcı:

- Yox, niyə bəs maqazini çəkirlər?

H.Herisçi:

- Belədir də. Danışmışıq. Rəhbərlik məni tanıyır, narahat olmayın.

H.Herisçidən soruşuram ki, neçə kilo şəkər tozu alacaq?

- İndiki şəkərdən xoşum gəlmir. Keyfiyyətsiz, dadsızdır. Ukraynanın şəkəri çox yaxşıdır. O da Azərbaycan bazarında yoxdur. Öz şəkərimiz də çayda həll olunmur. Çox qəribədir, stəkanın dibinə çökür, amma həll olunmur. Bu qədər, buradakı bazarlığımızı etdik. Oldu. Sağ olun.

- İndi hara gedirik, Həmid bəy?

- Göyərti almağa

- Elə tək göyərti alacaqsınız?

- Gedək, görək başqa nə alacağıq. Sağ olsun satıcı, o, bizim üçün öncədən göyərtiləri ayırır, biz də alırıq.

Yol gedə-gedə söhbət edirik. Yol kənarında göyərti satan qadın bizi görən kimi sevincək “təzə göyərtidir, gəlin, alın” deyə çağırdı. Əslində elə biz də göyərti almağa - Həmid bəygilin həmişə bazarlıq etdiyi yerə gedirdik. Göy satan xala bizi elə ümidlə, elə sevinclə səslədi ki, yaxınlaşıb ondan nəsə almasaq insafsızlıq olardı. Həmid bəy də halal zəhmətlə pul qazananlara xüsusi münasibəti olduğu üçün yaxınlaşıb göyərti aldı.

- Bir reyhan, bir də nanə ver

Satıcı:

- “Klok”unuz var?

- Özün verərsən. Nə qədər pul verməliyəm?

Satıcı:

- Kəvər verim?

-Yox e. Yox. Mənə göyərti orada saxlayıblar. Reyhanla, nanə bəsdir.
Satıcı:

- İki dənə nanə?

- Xanım, bir dənə, bir.

Satıcı:

- Kəvər qoyum?

- Yox, istəmirəm.

Satıcı:

- Kəvər verim. Hamısı Novxanı göyərtisidir. Qardaşımgil əkib, “AS” marketin yanında olurlar.

- Halaldı qardaşınıza. Novxanının göyərtisi həmişə dadlı olub. Ümumiyyətlə o fikirdəyəm ki, dünyada ən dadlı göyərti, ən dadlı meyvə Azərbaycandadır. Mən çox yerlərdə olmuşam deyə bilirəm. Heç bir yerdə Azərbaycan meyvəsi, göyərtisi qədər dadlı heç nə yoxdur. Biz onun da qədrini bilmirik. Doğurdan gözəldir.

Həmid bəy bu məlumatları bizə danışarkən, paralel olaraq da satıcı xala öz göyərtisinə tərif yağdırırdı.

Təsəvvür edin, xala bizi görüb, buraxmaq istəmirdi. Zorla göyərtilərini bizə satmağa çalışırdı. Bir yandan da “kəvər verim, kəvər verim?” - deyib dururdu. Onun bu təkarçılığına gülməkdən özümüzü zorla tuturduq. Amma göy satan xalanı qınamaq olmaz, istidə sözün əsl mənasında alın təri ilə pul qazanmağa çalışırdı. Malını satmaq üçün bu cür “reklam”dan yararlanırdı.

Satıcı:

- Sabah da pomidor gətirəcəm.

- Baxın, xoşum gəlir satıcılarla belə söhbət etməkdən Hə, indi nə qədər verməliyik?

Satıcı:

- 40 qəpik.

- Məndə 35 qəpikdir. 5 qəpik varınızdırsa verin.

Həmid bəy pulun üstünü düzəltmək üçün bizdən 5 qəpik istədi. Elə mənim də cibimdə 20 qəpik var idi, onu da verdim.

- Pulun üstünü düzəltdik. Al, hamısını da sənə verək. Bir də adınız necə oldu?

Satıcı:

- Mənim adım? Neynirsən adımı? Çimnaz.

- Mən də Həmid. Çox sağ ol.

Alış-verişimiz etmişik, bir də görürük xala arxamızca səslənir: “Getmə, bura gəl. Bir dənə də göy verim də. Gəl, bir kəvər verim, götür. Pul artıqdır onsuz da”. Onun bu sözlərindən sonra uğunub getdik. Elə gülməli, maraqlı vəziyyət yaranmışdı ki.... Həmid bəy də “yox, borclu qal mənə, özü də halal elə” - deyərək oradan uzaqlaşdıq. Yolumuza davam etdik. Elə düz yolumuzun üstündə qəzet köşkü var idi. Həmid bəy hər gün “Yeni Müsavat” qəzetini buradan aldığını dedi.

- Baxın, bu oğlan bizim bu köşkdə işləyir. Adı da Yaşardır. “Yeni Müsavat”ı mən həmişə sizdən alıram. Bir də nə alıram? Kontur. Yəni dövri mətbuatı bu qardaşımdan alıram.

Köşk satıcısı Yaşar operatorumuz Məhəmmədin əlində fotokameranı görüb təəccüblə soruşdu

- Siz qəzetdən gəlmisiniz ?

-Bəli, “Yeni Müsavat” qəzetindən.

Həmid bəy satıcının duruxmuş, təəccüblü halını görüb dedi:

- Qorxma, əksinə, yaxşıdır. Bu oğlanın özü də qəzet oxuyur. Bəlkə elə bir “Yeni Müsavat” da alaq? Bir dənə “Yeni Müsavat” verin də.

Daha bilmədik, qəzeti bizi görübmü aldı, yoxsa elə almalıydı.
Birdən yadıma Minval.az saytının artıq qəzet versiyası düşdü. Xəbəriniz oldu, “Minval” qəzeti də artıq bu gündən satışdadır?

Həmid bəy tələsik “o kimindir?” deyə soruşdu

O da elə bizimdir. Minval.az saytının qəzet versiyasıdır. Artıq bu gündən köşklərdən bu qəzeti ala bilərsiniz.

Köşk satıcısı Yaşar:

- Nə qəzeti?!

- “Minval”. Sizin köşkdə var?

- Yoxdur, yəqin ki, bizə də gələcək.

- Al, bu 5 manatı, qəzetin pulunu çıx. Amma gərək 5 manatı xırdalayasınız. Bizdə səhər tezdən pul xırdalamaq çətin olur. Bundan başqa sadə həyatı sevənəm. Özüm əyan ailəsindən olsam da, Herisçi nəslindən olsam da sadə həyatı sevirəm.

- Herisçi nəsli demişkən, elə biz də sizdən soyadınızın mənasını öyrənəcəkdik.

- Heris xalça növüdür - Güney Azərbaycanın ən öndə gedən xalça növü. Hətta Britaniya ensiklopediyasına düşüb. Bizim nəslimiz tarix boyu xalçaçılıqla məşğul olub. Biz də Təbrizin köklü Herisçi ailələrindənik. Təbrizdə köklü ailələrin hər birinin soyadı türk sözüdür. Təəsüf olsun ki, müasir Güney problemləri ilə məşğul olanlar Təbrizin bu cür əsli-nəcabətlərini qoyub, harada kimliyi bəlli olmayan ailələri gətiriblər. Təsəvvür edin, Heris ailələri burada yaşayır. Bu arada mənim Təbrizdə mal-mülküm də var. Görün indi, kimlər Güney Azərbaycan adı ilə danışır.

***

Yolu keçib, tərəvəz mağazasına gəldik. Onun da yanında telefon mağazası var idi. Tərəvəzi almazdan əvvəl telefon satıcısı elə bayırda, düz mağazanın qapısının ağzında dayanmışdı.

H.Herisçi bizi telefon dükanının qarşısında şəxslə tanış edir:
- Salam aleykum. Gördüyünüz bu şəxs telefon ustasıdır, həm də telefon satır. Bir dəfə oğluma buradan köhnə telefon almışam. Elə o vaxtdan da 7 manat borclu qalmışam. (Gülür) Neçə ildir aramızda bu söhbət gedir.

Telefon satıcısı sözü zarafatda deyərək, borcunu istədi

- Nə qədər deyirəm, pulu ver, vermir (Gülür).

- Bəs axırda nə oldu, Həmid bəy, pulu verdinizmi?

- Qalıb da, vermirəm.

Həmid Herisçi nə alacağına qərar verənə kimi, bir də gördü ki, qaynanası Səmayə xanımı da ordadır. “Aaa, qaynanam da burdadır ki” – deyə təəcüb edir. O, Səmaya xanımı bizimlə tanış edir:

- Gördüyünüz bu xanım, mənim qaynanam Səmayə xanımdır, İlhamiyyə xanımın anası.

Açığı birinci inanmadıq, elə bildik ki, zarafat edir. Soruşdum ki, doğurdan qaynananızdır. Dedi, hə. Salamlaşdıq.

- Salam. Sizi tanıdığımıza şad olduq. “Yeni Müsavat” qəzetindən gəlmişik. Biz Həmid bəylə bazarlıq etməsi ilə bağlı reportaj hazırlayırıq.

Səmayə xanım:

- Lap yaxşı etmisiniz.

- Həmid bəy kürəkən kimi necədir?

Səmayə xanım:

- Həmid bəydən o qədər şikayət yazaram ki (gülür).

Daha sonra Həmid bəy həmişə meyvə-tərəvəz aldığı oğlanı bizə təqdim edir.

- Bax, bu gördüyünüz oğlandan meyvə-tərəvəz alırıq.

Artıq bu yerdə Həmid bəylə qaynanası evə nə almaq lazımdır, o haqda danışmağa başladılar.

Səmayə xanım:

- Ərik yoxdur? O gün İlhamiyyə kilosunu 8 manata alıb.

- Onda ərik də alaq da.

Satıcı:

- Hindistan əriyi var, verim?

- Özümüzünkü deyil? Yox, onda lazım deyil. Mən Azərbaycan meyvəsi sevirəm, o taylı, bu taylı. Ən yaxşı mətbəx də elə bizdədir.

Səmayə xanım:

- Evə gedirsən?

- İndi gedirəm, aparım bunları da qoyum evə.

Səmayə xanım:

- Evə gedəcəksənsə, lobya, göyərti almışam, onları da apar.

- Hə, yaxşı. Bax, görürsən, qaynanam da bazarlıq edib, bağa gedəcək, onu da yükləyir mənə.

Aha. Baxın, göyərti, bir də 1 kilo gilas aldım. Bu da qaynanamın bazarlığıdır, lobya alıb.

Həmid bəy hətta bu satıcıya da borcu olduğunu dedi. Maşallah Həmid bəyin də borcu olmadığı adam yoxmuş dükan-bazarda)))

- 10 manat da bu satıcıya borcluyam, verə bilmirəm. Amma sonra verəcəyəm (gülür). Füzuli bəy mənə həmişə yaxşı nisyə mal verir.

Buradan da bazarlığı edəndən sonra məşhur yazar, qaynanası Səmayə xanım və biz söhbət edə-edə yaşadıqları binaya doğru getdik. Həmid bəy də, qaynanası da yaşadıqları ərazidən xeyli şikayətləndilər.

Səmayə xanım:

- Baxın, görün nə qədər obyekt tikiblər.

Həmid bəy də yaşadıqları ev haqqında danışmağa başladı.

- 8-ci mikrorayonda bizim bu gözəl həyəti Sovet hökuməti siyasi mühacirlərə vermişdi. Gördüyünüz bu binada yaşayırdılar, yəni bizim indi yaşadığımız binada. Bizə bu evi Təbrizdəki evimizi itirdiyimizə görə Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti vermişdi. Təbrizdə çox gözəl evimiz var idi, indi də durur. Pişəvəri dövründə hadisələr zamanı atam bura gəlib. O vaxt da bizə baxan idarənin adı Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri idi. Bu cəmiyyətlər bizə siyasi qaçqın kimi bax, bu evi verib - 5-ci blok, 4-cü mərtəbə, 69-cu mənzil. Çoxdandır Təbrizə getmirəm, amma bu yaxınlarda gedəcəyəm. Çox qəribədir ki, 74 saylı ev mənim gözümdə çox mistik bir rəqəmdir. Çünki atam da, anam da hər ikisi 74 yaşında dünyasını dəyişiblər.

- Allah rəhmət etsin.

- Başqa bir mistikanı da deyim. Bizim mənzilin nömrəsi 69-dur. Bu bina da 6 bloklu, 9 mərtəbəlidir.

Blokun ağzında Həmid bəy qaynanası evə getdiyinə görə aldıqları ərzağı ona verib, həyətlərindəki özbaşınalıqlardan bizə şikayətlənməyə başladı. “Yeni Müsavat” qəzetində onun şikayəti haqqında elə bu reportajda məlumat getməsini istədi.

- Baxın, bura bizim həyətdir. Bütün binanın sakinləri də zibilləri buradakı zibil qabına atırlar. Zibilliyin qabağında yaşayırıq. Düz blokumuzun qabağındadır zibil qabları. Bir də ən ciddi problemimiz bir həyətdə 3-4 “moyka”nın olmasıdır. Bu “moyka”ların səsi mənim yaradıcılığıma imkan vermir. Çəkin şəkillərini. Bir yerdə bu qədər “moyka”ya nə ehtiyac var. “Yeni Müsavat”dan da xahiş edirəm ki, bu məsələni ictimailəşdirsin. Bunların səsindən adam yaşaya bilmir. Səhər saat 8-dən, axşam saat 10-a kimi işləyirlər. O gün bir oğlan gəlib şikayət edib. “Moyka”dakılar deyib ki, biz sizin evinizi sökərik, siz bizi sökə bilməzsiniz.

Həmid bəy şikayətlərini dedikdən sonra Güney Azərbaycandan danışmağa başladı. Elə biz də bu haqda söhbət də-edə liftə minib evlərinə getdik.

- Təbriz mənim vətənimdir. Öz evimə qayıtmağı çox istəyirəm. Əli Xan Herisçi bizim nəslin məşhur nümayəndəsidir.

- İranda şəriət qanunları ilə yaşa bilərsinizmi?

- Düşünürəm ki, əziyyət çəkmərəm. Mən həmişə barışıq tərəfdarı olmuşam. Artıq müharibələrlə heç nə etmək olmaz. İran hökumətini Amerika, İsrail yıxa bilmədi, biz yıxacağıq? Çox güclü hökumətdir. Hesab edirəm ki, biz öz mübarizəmizi etmişik, edəcəyik də. Ancaq dinc yolla, demokratik üsullarla. Bizim qəribçiliyimiz bunu sübut elədi. Mənim atam da qəribçilikdə vəfat etdi.

Liftdə bu söhbət ənasında Həmid bəyin mobil telefonuna zəng gəldi. Ancaq kiminlə danışdığını dəqiq bilməsək də, təxmin etdik ki, həyat yoldaşı İİlhamiyyə xanımla danışır.

Alo, qalxırıq yuxarı. Bir çay qoy, gəlirik. (Həmid bəyin danışığından elə başa düşdük ki, evdə ya təmir gedir, ya da təmizlik işləri görülür-N.Y.) Nə olsun e, mənim otağıma gələcəklər. Narahat olma, yox, evə keçməyəcəklər.

Sonra bizə izahat verir:

- İlhamiyyə xanım, evləri yığışdırır deyə, hər şey ortalıqda, ona görə narahatdır.

- Bizə görə narahat olmayın, Həmid bəy.

Liftdən çıxdıq, qapıya yaxınlaşanda Həmid bəy mənzillərinin nömrəsini göstərib yenə bu haqda danışmağa başladı.

- Görürsünüz, qapıdakı nömrəni - 69. Bütün rəmzlər elə bilin ki, bu evdə cəmləşib.

Qapını döydü, qaynanası açdı, evdə təmizlik işləri gedirdi deyə narahat idi.

- Ev yaman gündədir, Həmid də sizi gətirib çəkməyə. Ancaq çəkəndə, yaxşı yerləri çəkin.

- Gəlin, gəlin. Bu da mənim evim. Bura mənim yaradıcılıq otağımdır. Gördüyünüz bu şəkillər mənim ailəmin, yaxınlarımın şəkillərdir. Divarda gördüyünüz bu şəkli Mir Nadir var, onun əl işidir. Mənə hədiyyə olunub. Bu otaq çox qəribədir: faşizm var, kommunizm var, Sovet hökuməti var, demokratiya var. Yəni otaqda hər dövrə, hər ideologiyaya aid hər şeyə rast gəlmək olar. Mən həmişə təzadlara üstünlük vermişəm. Bura mənim hərbi həyatımın bir hissədir.

- Neçənci illərdə hərbi xidmətdə olmusunuz?

- Mən elə ömür boyu özümü əsgər bilirəm. Baxın, bu “çemodan”ları 60-cı illərin ortasında Şərqi Almaniyanın kommunist rəhbəri mənim atama hədiyyə edib. Bu iki “çemodan”ı hədiyyə etmişdir ki, bununla Təbrizə gedək. Əgər bir insanı doğurdan da özünə bağlamaq istəyirsənsə, nəyəsə inandırasan. “Çemodan”ları bağışladı, atam da siyasi mühacir oldu. Bu hədiyyəni illərdir mən saxlayıram. Bu kinokamera da çox qədimdir. Atamın adı Qafar Kəndli Herisçi. Kənd onun siyasi adı olub. Anam Tamilla xanım bakılı olublar. İçərişəhərdə yaşayırdılar.
Bu yerdə gördüyünüz Təbriz xalçasıdır, çox qiymətlidir. Mən buna uçan xalça deyirəm.
Bir də gördünüz ki, uçursunuz (gülürük-N.Y.)

- Bu da çox qədimdir. Babamdan qalıb, kitab qoymaq üçündür. Mən yerdə oturub kitab oxumağı çox sevirəm. Əksinə, “səndəl”də oturub oxuya bilmirəm. Təbrizlilər hər zaman yerdə oturub oxuyurlar.

Burada həm də atamın əl yazmaları var. Fars dilində yaxşı danışmıram, ancaq oxuyub başa düşürəm. Bu dili də öyrənmək vacibdir. Atamın kitabları da olub. Həmişə mənim stolumun üstdə olur. 1988-ci ildə nəşr olunan bu kitab Xaqani Şirvaninin bioqrafiyasıdır. Bu insan 12-ci əsrdə yaşamış bir insanın bioqrafiyasını yazıb, bunun öhdəsindən gəlmək çətin işdir. Bu kitabın farscası hazırda Tehran universitetinin dərsliyidir. Bu güzgü də bizim Təbrizdəki evimizdən qalmadır. Bu da mənim dostum Eyyub Yaqubovdur. Görün, mənə nə yazıb. Bunu çəkə bilərsinizmi? Eyyub öz əli ilə yazıb: “Canım, ciyərim, sənətdə və həyatda mənə ruh verən Həmid Herisçiyə uğurlar”. Sizə daha bir nadir sənəd göstərəcəyəm, çox nadir sənəddir. Bu dəvətnamədir. 1945-ci ildə Cənubi Azərbaycanın müstəqilliyi elan olunması ilə bağlı atamı Təbrizdə keçiriləcək tədbirə dəvət ediblər. Yazılıb “Ağayi, yek şənbə günü tir ayının 23-də axşam saat beşdə Şiri-Xurşid salonunda qanlı 23 tir fəaliyyətinin 2 illiyi münasibətilə yadetmə məclisi təşkil olunacaq. Xahiş edirik ki, siz burada iştirak edəsiniz”. Pişəvəri hökuməti bu sənəd əsasında elan olunub. Məndə belə sənədlər çoxdur. Hətta Pişəvərinin öz əli ilə, öz imzası ilə olan sənəd də var. Şəklini də çəkə bilərsiniz. Masanın üstündə gördüyünüz mənim Quran kitabımdır. Hər gün oxuyuram. Amma Rus dilində oxuyuram. Çünki rusca tərcüməsi daha keyfiyyətli tərcümə olunub.

Yazıçı ilə söhbətimiz elə burada da yekunlaşdı. Yekunlaşdırdıqdan sonra Həmid bəy mətbəxə keçdi ki, bizə çay ikram etsin. Amma doğurdan da ev qonaq qəbul etmək vəziyyətində olmadığından yazıçının bu nazik dəvətini üzürxahlıq edib qəbul etmədik. Həmid Herisçi ilə, İlhamə Rza və Səmayə xanımla sağollaşıb redajsiyaya yollandıq.

Nərgiz Yaqublu
Fotolar: Məhəmməd Türkmən

Mənbə: Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bazarlıq etsə də, aldıqlarını evə apara bilmədi

    Bazarlıq etsə də, aldıqlarını evə apara bilmədi ...

    23-10-2013, 11:02

  • 
  • Azərbaycanlı yazıçı polis idarəsinə çağırıldı - Səbəb

    Azərbaycanlı yazıçı polis idarəsinə çağırıldı - ...

    2-08-2018, 11:44

  • 
  • Milli fəal Həmid Cabbarlı müvəqqəti olaraq sərbəst buraxılıb

    Milli fəal Həmid Cabbarlı müvəqqəti olaraq ...

    28-07-2020, 10:56

  • 
  • Əməkdar jurnalisti  Telli Pənahqızı  gənc müğənni Həmid Sultanla bir yerdə

    Əməkdar jurnalisti Telli Pənahqızı gənc müğənni ...

    25-11-2013, 15:35

  • 
  • Bahalaşma bumu bölgələrə də çatdı - Reportaj

    Bahalaşma bumu bölgələrə də çatdı - Reportaj ...

    30-12-2013, 12:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu