Azərbaycanlı milli-mədəni fəal, mühəndis, yazıçı Həmid Yagenepur Marağa Şəhər Polis İdarəsinin təhlükəsizlik bölümünə çağırılıb.
Onun son vaxtlar qələmə aldığı məqalələrə görə polis idarəsinə çağırıldığı bildirilir.
Polis idarəsində bir neçə saat dindirilən fəalın məqalələrindən biri İrandakı ağır iqtisadi vəziyyətlə bağlıdır. Digəri isə İranın Təhsil naziri Məhəmməd Bəthayinin qeyri-fars dillərinə qarşı irqçi açıqlamasına cavab olaraq yazılan “Ana dilim mənim qırmızı xəttimdir” adlı məqaləsidir. Məqalədə nazirin açıqlaması kəskin pislənilib və ölkə konstitusiyasına uyğun olaraq, türk dilinin tədris olunması tələb edilib.
Mühəndis Hamid Yagenepur Marağa şəhərində bizneslə məşğul olur. O, şəhər üzrə biznesmen hüquqları müdafiəçilərindən biridir. Azərbaycanlı fəal bundan əvvəl imzatoplama kampaniyası keçirərək, vergilərin əsassız şəkildə artırılmasına etiraz bildirmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?