Təhsil Nazirliyindən təqaüd yaşlı direktorlara “yır-yığış” göstərişi... Deyəsən onlar yay məzuniyyətlərini kabinetlərində keçirməli olacaqlar... Digər məktəb direktorlarına da istirahətə yollanmaq qadağan edilib...
Təhsil Nazirilyinin 65 yaşı çatmış məktəb direktorları haqqında özünəməxsus addımı barədə ilginc məlumat daxil olub. Bildirilir ki, nazir Mikayıl Cabbarovun göstərişinə əsasən Bakı Baş Təhsil İdarəsinin tabeçiliyndə olan orta məktəblərin təqaüd yaşı çatmış 50-dən yuxarı direktoru dərs ilinin başa çatmasına baxmayaraq məzuniyyətə buraxılmayıb və onlara sənədləri qaydasına salmaqla “yır-yığış etmək” tapşırığı verilib. Yəni bu direktorlar çox böyük ehtimalla yeni dərs ilində öz postlarını itirməli olacaqlar. Eyni zamanda o da bildirilir ki, digər orta məktəb direktorları iyulun 4-dən məzuniyyətə buraxılsalar da onlara Bakı şəhərinin hüdudlarını tərk etməmək və Bakı Baş Təhsil İdarəsinin icazə olmadan istirahətə yollanmamaq göstərişi verilib. Direktorlarsa bu qərarın səbəbini bilmədiklərini və necə deyərlər, at üstə mat qaldıqlarından gileyləniblər. Çünki bəzi direktorlar ağır və yorucu dərs ilindən sonra yaxın və uzaq xarici ölkəyə sanatoriyaya və ya ixtisaslaşmış müalicə müəssisələrinə getməyə hazırlaşırmışlar. Hətta “putyovka”sı əlində qalan direktorların da olduğu deyilir...
Sorğu
Yeni dizaynımız necədir?