"İyulun 14-də Kəlbəcər rayonu istiqamətdə azərbaycanlılara qarşı əməliyyat başa çatdırılıb".
Bu haqda xəbər Azadliq Radiosunun erməni xidməti tərəfindən verilib.
Xəbərdə deyilir ki, təxribat qrupu üzvlərinin bir qismi öldürülüb, bir qismi isə ələ keçib.
Ermənistan mediası da bir neçə gündür ki, işğal altında olan Kəlbəcər rayonu istiqamətində Azərbaycan kəşfiyyatçılarının olduğu barədə məlumat yayır.
Erməni tərəf, həmçinin Kəlbəcər istiqamətində yeniyetmə oğlanın itkin düşdüyünü, onu Azərbaycan kəşfiyyatçılarının oğurlaya biləcəyini iddia edir. Ermənistan son bir neçə gündə işğal altında saxladığı Kəlbəcər rayonu istiqamətdə Azərbaycanın hücumlarının qarşısını aldığını, Şahbaz Quliyev adlı bir təxribatçı azərbaycanlını isə həbs etdiyini bildirir.
Azərbaycanın Müdafiə Nazirliyi isə həmin istiqamətdə heç bir əməliyyat aparmadığını, saxlandığı iddia olunan şəxsin isə Azərbaycan ordusunda xidmət etmədiyini bildirib.
Dünən Ermənistanın müdafiə naziri Seyran Ohanyan da bildirmişdi ki, bir gün öncə Kəlbəcər ərazisində azərbaycanlı təxribatçı öldürülüb. Amma o, Azərbaycan tərəfdən həlak olan şəxsin adını çəkməyib.
Ermənistan mediası bu ölkənin Müdafiə Nazirliyinə istinadla yazır ki, azərbaycanlı təxribatçılarla atışma zamanı ordunun 42 yaşlı mayoru Sarkis Abramyan öldürülüb, 37 yaşlı qadın Karine Davtyan da yaralanıb.
Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon erməni silahlı qüvvələri tərəfindən işğal edilib.
1994-cü ildə isə Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması imzalanıb.
Sorğu
Yeni dizaynımız necədir?