Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün hökumət iclasında işğal etdikləri Kəlbəcər rayonu ərazisində tutduqları azərbaycanlılardan danışıb. ANS PRESS-in məlumatına görə, o, çıxışında rayon ərazisində tutulmuş azərbaycanlı Həsən Həsənovun sağ olmasına işarə vurub. Erməni nazir bildirib ki, Ermənistanın milli təhlükəsizlik xidməti əməliyyat keçirib və hər üç azərbaycanlını həbs edib. Hökumət qarşısında hesabat verən Seyran Ohanyanın onlardan hər hansının öldürülməsini bildirməyib. Bundan əvvəl isə erməni mətbuatı Həsən Həsənovun öldürüldüyünü, Dilqəm Əsgərov və Şahbaz Quliyevin isə tutulduğunu bildirmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?