GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » YÜZ MİLYONLUQ HEROİN AZƏRBAYCANDAN NECƏ KEÇİB?

YÜZ MİLYONLUQ HEROİN AZƏRBAYCANDAN NECƏ KEÇİB?

Tarix: 15-07-2014, 02:04 Bölmə :Ölkə Baxış: 0
YÜZ MİLYONLUQ HEROİN AZƏRBAYCANDAN NECƏ KEÇİB?


Azərbaycan dövləti narkomafiyanın qarşısında niyə acizdir?

Xəbər verildiyi kimi, bir neçə gün öncə Gürcüstan polisi yük maşınında üç ton maye heroin aparan iki nəfəri saxlayıb. Bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
DİN bu qədər böyük miqdarda narkotikin tutulmasını “presedentsiz hadisə” adlandırıb.
Müəyyən edilib ki, iki Gürcüstan vətəndaşı Azərbaycandan Türkiyəyə gedirmiş. Avtomobilə baxış zamanı 30 litrlik 93 qabda maye narkotik aşkarlanıb.
Kriminalistlərin ilkin məlumatına görə, narkotik maddənin 80 faizi xalis heroindən ibarətdir. Onun bazar qiyməti 100 milyonlarla dollar təşkil edir.

Maraqlıdır ki, Azərbaycan Dövlət Sərhəd Xidməti Gürcüstan ərazisilə Azərbaycandan Türkiyəyə gedən yük avtomobilində 2 790 kiloqram “maye heroin”in aşkar edilməsi ilə bağlı məlumatı təsdiq etməyib. DSX mətbuat xidmətinn rəhbəri Elxan Nağıyev Amerikanın Səsinə bildirib ki, “bizdə belə bir məlumat yoxdur”. “Eyni zamanda Gürcüstan hüquq-mühafizə orqanları bizə müraciət etməyiblər”, o məlumatı inkar edib.

Bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinin mövqeyini öyrənmək istədikdə İctimaiyyətlə Əlaqələr Mərkəzinin əməkdaşı Gömrük Komitəsinə və Dövlət Sərhəd Xidmətinə zəng etməyi məsləhət görüb.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi də bu hadisə ilə bağlı heç bir şərh verməyib.

Qeyd edək ki, Azərbaycanın rəsmi dövlət qurumları susmağa və ya təkzib etməyə cəıhd etsələr də, Gürcüstanın Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib. “Bu həcmdə narkotik vasitənin götürülməsi Gürcüstan üçün görünməmiş hadisədir. Ekspert-kriminal xidmətin məlumatına görə, narkotik maddə 80% təmiz heroindən ibarətdir, bazar qiyməti yüz milyonlarla dollardır”, – deyə Gürcüstan DİN-i qeyd edib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə hökumətin iclasında Azərbaycanla sərhəddə tutulan 3 ton təmiz heroinə görə Daxili İşlər Nazirliyini təbrik edib.
Virtualaz.org saytı xarici mətbuata istinadən xəbər verir ki, gürcü baş nazir bu əməliyyata görə ölkəsinin Daxili İşlər Nazirliyini alqışlayıb.
“Çikaidzenin (daxili işlər nazirini nəzərdə tutur-red.) nazirliyi böyük həcmdə narkotik ələ keçirib. Bu cür böyük miqdarda heroini indiyədək nəinki bizim ölkədə, heç qonşu ölkələrdə ələ keçirməmişdilər. Mən bu uğur münasibətilə sizi təbrik edirəm. Bu, bizim ölkənin narkotiklərə qarşı ciddi mübarizə aparmaq iradəsini bir daha əks etdirir” – deyə Qaribaşvili bildirib.

12Gürcüstan DİN-nin rəsmi açıqlamasına baxmayaraq, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bu çür açıqlama ilə çıxış etməsi təəccüblü deyil. Məsələ ondır ki, qiyməti 100 milyonlarla dollarla ölçülən heroinin Azərbaycan ərazisində heç bir maneə ilə qarşılaşmayaraq Gürcüstana keçirilməsi sıradan bir hadisə sayıla bilməz. Bu fakt bir daha narkotik ticarəti ilə məşğul olan beynəlxalq şəbəkənin Azərbaycan ərazisindən sərbəst istifadə etdiyi qənaətini yaradır. Hansi ki, bu, beynəlxalq təşkilatların hesabatlarında, ayrı-ayrı dövlətlərin rəsmi açıqlamalarında zaman-zaman öz əksini tapıb.
Məsələn, ABŞ Dövlət Departamentinin narkotiklərlə mübarizəyə dair illik hesabatlarında dəfələrlə Azərbaycanın adı əfqan mənşəli heroinin daşınması üçün əsas tranzit məntəqələrindən biri kimi hallanıb. Hesabatlarda qeyd olunub ki, ölkə üzərindən keçirilən narkotiklərin həcmi tonlarla ölçülür.
Həmin sənədlərdən birində deyilir ki, bir neçə il öncə «Balkan marşrutu» bağlandıqdan sonra Azərbaycanın tranzit ərazi kimi rolu artıb. Azərbaycan hökumətinin məlumatına görə, ölkədən daşınan narkotiklərin əsas hissəsi Əfqanıstanda istehsal olunandır. Onların əsas daşınma marşrutu belədir: Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan-Qərbi Avropa; Əfqanıstan- İran-Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş əraziləri-Ermənistan-Gürcüstan-Qərbi Avropa; Əfqanıstan-İran-Azərbaycan-Rusiya; Əfqanıstan-Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qərbi Avropa.

qosdepHesabatlardan başqa birində isə göstərilir ki, Əfqanıstanda istehsal edilmiş narkotik maddələr Azərbaycana əsasən üç yolla keçirilir: Orta Asiyadan Xəzər dənizi ilə, İrandan birbaşa və Qarabağ münaqişəsi zonasında nəzarət edilməyən ərazilərdən. İran yolu ilə narkotiklərin 95 faizi daşınır. İrandan Azərbaycana, oradan da Rusiyaya keçirilən narkotiklər sonra da Avropaya ötürülür. Türkiyənin İranla sərhədə nəzarəti gücləndirməsi də narkotacirləri Azərbaycan istiqamətinə yönəldib. Hesabatda deyilir ki, Türkiyə-İran sərhədinin hər iki tərəfində heroin saflaşdırma fabrikləri var. Bu fabriklər Türkiyədəki və Avropadakı narkobaronların nəzarətindədir. Həmin fabriklərdə emal edilən heroin xammalı daha sonra Azərbaycan və Türkiyə üzərindən keçməklə Avropaya daşınır.
Sənəddə qeyd edilib ki, Azərbaycanda tranzit əsas problem olsa da, narkotik maddələrdən ölkənin özündə istifadə edənlərin sayı da durmadan artır. Dövlət Departamentinin hesabatında həmçinin qeyd edilir ki, Azərbaycandan keçirilən və yerli istehlakın əsasını heroin təşkil edir. Həmçinin qanunsuz dərmanlar, kannabi, ekstazi, həşiş, kokain də geniş yayılıb. Ölkənin özündə isə daha çox heroin istifadə edilir.

Qeyd edək ki, bu cür iddialara təkcə ABŞ Dövlət Departamentinin hesabatlarında rast gəlinmir. Qonşu dövlətlərin rəsmiləri də narkotik ticarəti ilə məşğul olan beynəlxalq şəbəkənin Azərbaycan ərazisindən yararlandığını qeyd edirlər. Məsələn, bir neçə il öncə Rusiyanın narkotiklərə qarşı mübarizə üzrə Federal Agentliyinin direktoru Viktor İvanov Azərbaycanın narkotranzit ölkə olduğunu iddia etmişdi. Rusiya rəsmisi başçılıq etdiyi qurumun kollegiya iclasında demişdi ki, ölkəyə hər il 35 tondan çox əfqan mənşəli heroin daxil olur. Bu yük Rusiyaya Orta Asiya və Xəzər dənizi vasitəsilə, habelə Gürcüstan və Azərbaycan üzərindən keçməklə daşınır. İvanovun dediyinə görə, heroin tacirləri yüklərini daşımaq üçün Bakı-Kiyev, Bakı-Moskva və Bakı-Rostov qatarlarından, Bakı-Rostov şosse yolundan və gəmi-bərələrdən istifadə edirlər.

Bu Avropa Birliyinin polis təşkilatı olan EUROPOL-un sənədlərində də öz əksini tapir. Bu təşlkilatın rəsmilərinin açıqlamasında da qeyd edilir ki, İrandan keçməklə Azərbaycana, buradan isə Rusiya və Yaponiyaya və İran-Azərbaycan -Gürcüstan-Avropa marşrutu üzrə külli miqdarda bütün növ narkotik vasitələr daşınır. Məsələn, bir müddət əvvəl Ukrayna hüquq-mühafizə orqanları külli miqdarda – 1 ton heroin daşıyan iritonnajlı yük maşınını tutmuşdu. Məlum olmuşdu ki, həmin yük maşını İrandan Azərbaycana, buradan isə Rusiya ərazisindən keçməklə Ukraynaya aparılıb.
Azərbaycan üzərindən Rusiya və Avropaya ötürülən əfqan mənşəli narkotiklərin az bir qismi də daxili “bazar” üçün Azərbaycanda saxlanılır.

mtnQeyd edək ki, narkotik ticarəti ilə məşğul olan beynəlxalq şəbəkənin Azərbaycan ərazisinə asan giriş həyata keçirdiyini Milli Təhlükəsizlik Nazirliyinin (MTN) və DİN-in keçirdiyi əməliyyatlar zamanı ölkə daxilində böyük miqdarda narkotika satışı ilə məşğul olan dəstələrin aşkarlanması da təsdiqləyir. Təkcə son bir neçə ayda MTN tərəfindən 2 belə böyük əməliyyat keçirilib. Onlardan birində Azərbaycana 137 kiloqram heroin, həmçinin 48 kiloqram gümüş məmulatları qaçaqmalçılıq yolu ilə gətirən şəxslər yaxalanıb. Dıgərində isə 36 kiloqram 500 qram narkotik vasitənin Azərbaycana gətirmiş dəstənin üzvləri həbs olunub.
MTN-in məlumatında bu şəxslərin narkotik vasitəni İrandan qaçaq yolla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən GİZLİ KEÇİRƏRƏK ölkəyə gətirdiyi qeyd olunur.

Ancaq razılaşaq ki, narkotikin bu cür iri partiyalarla gömrüyün və Sərhəd Xidmətinin nəzarətindən gizli ölkəyə gətirildiyini, eləcə də Azərbaycan ərazisindən keçirilərək xaricə daşındığını iddia etmək mümkün deyil. Əks halda bu, Azərbaycan sərhədlərinin və gömrüyünün nəzarətsiz qaldığını iddia etmək demək olardı… Halbuki, hər kəsə bəllidir ki, Sərhəd Xidmətinin və Gömrük Komitəsinin xəbəri olmadan, Azərbaycana bir qələm belə keçirmək mümkün deyil. O ki ola 10 tonlarla narkotik maddə…

Ramil-Usubov-5-bigDeməli ortada başqa nüanslar var. Bu zaman bir neçə ehtimal üzərində dayanmaq mümkündür. Bu ehtimallardan birini illər öncə daxili işlər naziri Ramil Usubov səsləndirib. Nazir Azərbaycanın narkotranzit ölkəyə çevrilməsinin ən başlıca səbəbini beynəlxalq tranzit yükləri aparan maşınların yoxlanılmaması ilə əlaqələndirib: “Azərbaycandan Gürcüstan və Rusiya istiqamətinə daşınan narkotik maddələrin çox az qismini müəyyən etmək mümkündür. Bunun da öz səbəbləri var. Biz beynəlxalq tranzit yükləri aparan maşınları yoxlaya bilmirik. Eləcə də ölkədən çıxan bütün nəqliyyat vasitələrinin yoxlanması qeyri-mümkündür”.

Ancaq son illər həm Sərhəd Xidmətinin, həm də Gömrük Komitəsinin maşınları açmadan belə içində nə aparıldığını müəyyən edən yüksək texnoloji avadanlıqlarla təchiz edilməsi hazırda bu ehtimalın demək olar ki, aradan qaldırır. Bura son illər Sərhəd Xidmətinin xaricdən narkotik vasitələri təyin edən itlərlə təmin olunmasını əlavə edəndə, 10 tonlarla narkotikanın Azərbaycandan gizli aparılması ehtimalı mümkünsüz olur.

İkinci ehtimal odur ki, Azərbaycan Sərhəd Xidmətinin və Gömrük Komitəsinin müəyyən səlahiyyətli şəxsləri narkoticarətlə məşğul olan beynalxalq mafiya ilə əlaqələrə, işbirliyinə malikdir. Yəni, bu bazarda onların da payı var. Buna görə də, onlar tonlarla, 10 tonlarla narkotik maddəni Azərbaycan ərazisindən asanlıqla keçirib, istədikləri ölkəyə apara bilirlər.

Ücüncü ehtimal odur ki, narkoticarətlə məşğul olan beynalxalq şəbəkənin Azərbaycanda elə qüdrətli dayaqları var ki, Sərhəd Xidməti və Gömrük Komitəsi sadəcə olaraq gücsüzdür, ona görə də tonlarla narkotik maneəsiz Azərbaycan ərazilərindən keçirilir.

Fikrimizcə, ən inandırıcı ehtimal da budur ki, Azərbaycan hakimiyyəti daxilində beynəlxalq narkomafiyanın çox ciddi dayaqları var və onlar pul gücünə istədiuklərini edə bilirlər.

Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin hesabatlarında da Azərbaycanın narkotranzit ölkəyə çevrilməsinin başlıca səbəbi kimi, ölkədə rüşvətxorluq və korrupsiyanın geniş yayılması göstərilir. Qeyd olunur ki, dövlət qurumlarında yayılan korrupsiya narkotiklərlə mübarizədə ən böyük maneə olaraq qalır.

Qeyd olunan faktlar, məlumatlar Azərbaycan Dövlət Sərhəd Xidmətinin və Gömrük Komitəsinin fəaliyyətində ciddi nöqsanların olduğunu ortaya qoyur. Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev Azərbaycan sərhədlərinin etibarlı şəkildə qorunduğunu iddia etsə də, vaxtaşırı beynəlxalq narkomafiyanın ölkə ərazisindən 10 tonlarla narkotik maddə keçirərək aparmasının aşkarlanması buna şübhə yaradır. Rusiyada, Ukraynada, Gürcüstanda və başqa ölkələrdə Azərbaycandan keçirilərək aparılan dəyəri 100 milyonlarla dollar olan narkotikanin tutulmasi ölkə sərhədlərinin faktiki olaraq cinayətkar şəbəkələrdən qorunmadığı təsvvürünü yaradır. Ya da sərhədlərin müəyyən “maraqlar” naminə narkomafiya üçün açıq saxlanıldığını ortaya çıxarır.

GenerallarHər iki hal Azərbaycan dövlətinin beynəlxalq imicinə ciddi zərbə vurur. Ancaq görünən odur ki, bu, Dövlət Sərhəd Xidmətinin və Gömrük Komitəsinin rəhbərliyini bir o qədər də maraqlandırmır. Hər halda Sərhəd Xidmətinin rəhbərliyinin qiyməti 100 milyonlarla dollar olan narkotikin Azərbaycandan Gürcüstan ərazisinə necə keçirildiyini dərhal araşdırmaq, günahkarları sərt şəkildə cəzalandırmaq əvəzinə, inkarçılıq yolunu tutması çox qəribədir.
Bu fakt bir başqa ölkədə qeydə alınsa həmin ölkənin Elçin Quliyevi və Aydın Əliyevini hansı aqibət gözləyirdi, bu barədə xüsusi danışmağa ehtiyac yoxdur.

Bizdə isə onlar hələ də vəzifələrinin başındadırlar və susmaqda davam edirlər.

Rasin Əliyev

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 3 TON HEROİNƏ GÖRƏ Azərbaycanda istintaq və həbslər başladı

    3 TON HEROİNƏ GÖRƏ Azərbaycanda istintaq və ...

    19-08-2014, 15:45

  • 
  • Azərbaycanda 108 kiloqram heroin tutulub

    Azərbaycanda 108 kiloqram heroin tutulub ...

    25-04-2018, 13:27

  • 
  • Azərbaycan gömrükçüləri Avstriyaya aparılan 281 kiloqram heroin tutub

    Azərbaycan gömrükçüləri Avstriyaya aparılan 281 ...

    2-06-2020, 12:00

  • 
  • Yük avtomobilində narkotik tapıldı

    Yük avtomobilində narkotik tapıldı ...

    22-12-2015, 14:41

  • 
  • DİN, DTX və DSX birgə anti-narkotik əməliyyatı keçirdi

    DİN, DTX və DSX birgə anti-narkotik əməliyyatı ...

    16-03-2019, 11:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu