Çinin cənubundakı Quançjou şəhərində sərnişin avtobusu partlayıb. Hadisə nəticəsində minimum 2 nəfər ölüb, 32 nəfər yaralanıb. Yaralıların bir hissəsinin vəziyyəti ağırdır.
Hadisə ötən axşam baş verib. Avtobus dayanacağa yaxınlaşarkən partlayış baş verib. Partlayışdan sonra nəqliyyat vasitəsi yanıb. İçəridə olan adamlar ağır yanıq xəsarətləri alıblar. Onların çoxunun bədənlərinin 60%-i yanıb.
Hadisənin səbəbləri, hələ ki, bəlli deyil. Polis araşdırmalara başlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?