Bakı Metropolitenində qatarda texniki nasazlıq olub, sərnişinlər təxliyyə edilib.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, "İçərişəhər" stansiyasında təxminən saat 15:40-da qatarda texniki nasazlıq yaranıb və qatar hərəkət edə bilməyib. Dərhal sərnişinlər qatardan təxliyyə edilib. Qatar təmir üçün depoya göndərilib.
Yaranmış texniki nasazlıqla əlaqədar qatarların hərəkətində 25 dəqiqə gecikmə olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?