gundemxeber.az xəbər verir ki, Kəlbəcərdə erməni cəlladları tərəfindən girov götürülən mülki vətəndaşlarımız - Dilqəm Əhmədovun, Şahbaz Quliyevin və Həsən Həsənovun hüquqlarının müdafiəsi üçün yaradılmış Müdafiə Komitəsi sabah saat 11-də Bakı Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirəcək. Tədbirə ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyətinin təmsilçiləri, mətbuat nümayəndələri və bir sıra millət vəkili dəvətlidir. Maraqlananlar iştirak edə bilərlər.
Sorğu
Yeni dizaynımız necədir?