Bu yaxınlarda həbsdən çıxan siyasi məhbuslar mətbuat konfransı keçirəcək. Mətbuat konfransında ölkədəki siyasi məhbus problemi, problemi doğuran səbəblər və ondan çıxış yolları ilə bağlı iştirakçılar öz fikirlərini bildirəcək, jurnalistlərin suallarını cavablandıracaqlar. Mətbuat konfransına texniki və informasiya dəstəyini “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı verir. Toplantı 31 mart 2016- cı il saat 12 00- da Musavat partiyasının konfrans zalında olacaq. Mətbuat nümayəndələri və maraqlananlar iştirak edə bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?