Göyçayda yolların qazılaraq bərbad hala salınmasına etiraz edən bir qrup rayon sakini Bakı -Yevlax yolunun 218-ci kilometrində yolu bağlayıblar.
gundemxeber.az xəbər verir ki, Göyçay sakinləri pis hala salınmış yollara görə, icra başçısı Mənsur Məmmədovu ittiham edirlər. Əraziyə polis qüvvələrinin cəlb olunduğu və artıq 2 nəfərin saxlanıldığı bildirilir. Aksiya davam edir.
Avropa.info hüquq müdafiəçisi Taleh Xasməmmədovun hadisə yerindən çəkdiyi fotoları təqdim edir:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?