“Qarabağ” qəzetinin baş redaktor müavini yol qəzasında ölüb Bu barədə APA-ya “Ədalət” qəzeti baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlu məlumat verib. Ə. Mədətoğlu deyib ki, iyulun 17-də S. Ağayev Bakının Xətai rayonu ərazisində yolu keçərkən onu maşın vurub. S. Ağayev hadisə yerində ölüb. Xətai Rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, hadisə Nobel prospekti 15 ünvanında, “Megafun” Əyləncə Mərkəzinin qarşısında qeydə alınıb. Sürücüsü məlum olmayan avtomobil yolu keçən Sarvan Ağayevi vurub. Jurnalist Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb Qeyd edək ki, S. Ağayev əvvəllər “Ədalət” qəzetində çalışıb.
Sorğu
Yeni dizaynımız necədir?