O "60-cılar nəsli"nin parlaq nümayəndələrindən idi
Rus kənd nəsrinin parlaq nümayəndələrindən olan yazıçı Vasili Belov 81 yaşında Rusiyanın Voloqda şəhərində vəfat etmişdir.
O, uzun sürən xəstəlikdən sonra 4 dekabr 2012-ci ildə dünyadan köçüb.
Belov 1932-ci ildə Voloqod əyalətinin Xarov rayonu Timoxin kəndində dünyaya gəlib. İlk şeiri “Vətənin keşiyində” hələ hərbi xidmətdə ikən çap edilib.
Yazıçı 1959-1964-cü illərdə A. M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Belov 1963-cü ildən SSRİ Yazıçılar Birliyinin üzv olub.
Yazıçı 1964-cü ildən doğulduğu əyalətə köçüb və ömrünün sonuna qədər orada yaşayıb yaradıb.
Onun şeirlər kitabları ilə yanaşı “Bürkülü yay” hekayələr toplusu çap edilib. Yazışıya “Adətkar” povesti böyük şöhrət gətirib. “Dülgər hekayələri” ilə isə şöhrəti daha da artıb.
Yazıçının “Rus şimalının gündəlik həyatı” adlı sonuncu kitabı 2000- ci ildə dərc olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?