Bu gün Bakı Apellyasiya Məhkəməsində tanınmış hüquq müdafiəçisi və jurnalist Pərviz Həşimlinin məhkəmə prosesi keçirilib. Prosesdən öncə P. Həşimlinin vəkili Bəhruz Bayramov Moderator.az-a bildirmişdi ki, onlar ilkin məhkəmə hökmündən Ali Məhkəməyə şikayət verdiklərindən Pərvizin məhkəməyə gətirilməsinə ehtiyac yoxdur. Amma sonradan bəlli olub ki, hakim bununla bağlı qərarını şəxsən Pərviz Həşimlinin öz iştirakıya elan etmək üçün onun gətirilməsinə göstəriş verib. Bəhruz Bayramovla yenidən əlaqə saxladıqda isə bildirdi ki, üzrlü səbəbdən olduqca qısa keçən prosesdə iştirak edə bilməyib və hakim işi Ali Məhkəməyə göndərdiyindən qeyri- müəyyən vaxta təxirə salıb:
"Əslində burada heç təqsirləndirilən şəxsin iştirakı vacib deyildi. Onsuz da biz ilkin məhkəmə hökmündən şikayıt vermişdik və bilirdik ki, hakim işi Ali Məhkəməyə göndərəcək. Qeyd edək ki, prosesdə Pərviz Həşimlinin digər vəkili Elçin Sadıqov iştirak edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?