gundemxeber.az xəbər verir ki, sabah dekabrın 24-də tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçiriləcək. Prosesə hakim Vaqif Mursaqulov sədrlik edəcək və proses 15.30-da başlayacaq.
Qeyd edək ki, P. Həşimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmlə razılaşmayan P. Həşimli Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin ilkin baxış iclası zamanı çıxış edən vəkillər məhkəmənin istintaqla keçirilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Həmin qərardan isə kassasiya şikayəti verilib. Ali Məhkəmə isə kassasiya şikayətini təmin etməyib.
Apellyasiya Məhkəməsi ilkin məhkəmə instansiyasının hökmündən verilmiş apellyasiya şikayətinə dekabrın 24-də baxmağa qərar verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?