GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gülər Əhmədova: “Başa düşdülər ki, mənə qarşı böyük səhv ediblər”

Gülər Əhmədova: “Başa düşdülər ki, mənə qarşı böyük səhv ediblər”

Tarix: 19-07-2014, 14:14 Bölmə :Ölkə Baxış: 0
Gülər Əhmədova: “Başa düşdülər ki, mənə qarşı böyük səhv ediblər”


“Dözümlülük nümayiş etdirmək lazımdır. Mən bunu həbsdə olarkən də gördüm”

Sabiq deputat, mandat alverində günahkar bilinərək həbs edilən, sonra şərti azadlığa buraxılan Gülər Əhmədova AzNews.az-a müsahibə verib:

- Gülər xanım, qarşıdan Milli Mətbuatın yaranmasının 139 illiyi gəlir. Bir vaxtlar ölkə mətbuatımızda təmsil olunan bir şəxs kimi KİV-lərimizin mövcud durumu barədə nə deyə bilərsiniz?
- Nə olursa olsun, Azərbaycan mətbuatında ən xoş sözlərə, mükafatlara layiq olan şəxslər təmsil olunur. Azərbaycan mətbuatının irəliləməsi üçün də ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən çox böyük addımların atıldığını görürəm. Ölkə mətbuatının irəliləməsi, saflaşması, eyni zamanda müstəqilləşməsi üçün dövlətin atdığı bütün addımlar göz qabağındadır. Hesab edirəm ki, jurnalistlərə ötən il dövlət vəsaiti hesabına ən müasir səviyyədə tikilmiş evlərin paylanılması da çox böyük hadisədir. Mən uzun illər jurnalistlərlə çalışmışam. Jurnalistlərimizin ən böyük sosial problemlərindən biri evsizlik olub. Şükürlər olsun ki, xeyli mətbuat işçisi dövlətimizin hesabına bu problemdən yaxa qurtara bildi. Bundan başqa mətbuatımızın inkişafı üçün dövlət tərəfindən digər addımlar da atılır. Bunu siz də bilirsiz.
- Mətbuat sahəsində hansı problemlər mövcuddur?
- Təbii ki, problemlər də var. Ən əsası jurnalistlərimizin intellektual səviyyəsinin qaldırılmasına ehtiyac var. Azərbaycan mətbuatının ən böyük problemlərindən biri jurnalistlərin birdilli olmasıdır. Onların əksəriyyəti yalnız bir dildə danışıb yaza bilirlər. Jurnalistlərimizin qəzet, jurnal və digər mətbu orqanlarda dərc olunan yazıları ən çoxu məhəlli xarakter daşıyır. Analitik yazılar demək olar ki, yox səviyyəsizdir. Ən ciddi, oxunan qəzet və sayıtlar belə daha çox şəxsi, qalmaqallı yazılara üstünlük verir. Jurnalistlərimiz hər hansı bir şəxsin üzərində qurulmuş qalmaqallı yazılarla gündəmi zəbt etməyə çalışırlar. Ölkə mətbuatında Azərbaycan mədəniyyəti, iqtisadiyyatı, təhsili, sosial problemlərlə bağlı analitik yazılar çox azdır. Ümumiyyətcə, bu sahədə ixtisaslaşan jurnalistlərin də sayı azdır. Jurnalistlərimzin əksəriyyəti rus, ingilis dillərini bilmir və bu da sonda mətbuatda bir sıra ciddi boşluqlar yaradır.
- Hansı boşluqlardan söhbət gedir?
- Ən azı jurnalistlərimizin əksəriyyəti yuxarıda adını sadaladığımız dilləri bilməməsi, ölkəmizlə bağlı xarici mətbuatda ciddi məlumatları yazıb, təhlil edə bilmir. Azərbaycan mətbuatında hesab edirəm ki, bölünmə ilə bağlı gecikmələr var. Bu iş çoxdan aparılmalı idi. Dünyanın elə bir regionunda yerləşirik ki, jurnalistlərimizin içərisində konkret olaraq İran, Rus, Türkiyə Avropaşunaslar olmalıdır. Çünki Azərbaycanın xarici siyasətdə o qədər böyük addımlayır ki, bunu ölkə mətbuatında analiz edən, onu kütləyə çatdıra biləcək yazılar görmürəm. Halbuki Azərbaycanın xarici siyasətində çox önəmli hadisələr baş verir. Amma ölkə KİV-ləri bunu kiçik xəbər şəkilində yayımlamaqla kifayətlənirlər. Amma heç kim başa düşmür ki, dünyanın iqtisadi böhran vəziyyətində yaşadığı dövrdə necə oldu ki, ölkəmiz bu problemlərdən rahat yan ötüb keçə bilir. Bunun da analitikasını heç yerdə oxumamışam. Və yaxud bu gün dünyada ciddi qlobal problemlər mövcuddur. Vaxtilə eyni sistemdə yaşadığımız ölkələr çox ciddi problemlər yaşayır. Şükürlər olsun ki, Azərbaycan bu problemlərdə yan ötüb keçir. Fikrimcə, ölkəmizdə bu cür uğurlarımızı, problemlərimizi düzgün yaza bilən analitiklər olmalı, xalqa oxuculara nəyin nə olduğunu daha geniş, başa düşülən formada çatdırmalıdırlar.
- Məlum məsələlərə görə həbsdə olarkən, sizə qarşı mətbuatda qərəzli yazıların dərc olunduğunu demişdiniz. Hazırda necə, belə hallar yenədə varmı?
- Bu cür hallar dünyanın hansı ölkə mətbuatında yoxdur ki? Bu hər yanda var. Elə jurnalistlər var ki, sifarişlə yazılar yazırlar.
Mən ümumiyyətlə, 1993-cü ildən Azərbaycan mətbuatında çalışmışam. İlk işim o vaxtlar çox məşhur olan, böyük tirajla çap olunan və satılan “Səhər” qəzetində olub. Mən həmin illərdən mətbuatla sıx əməkdaşlıq edirəm. Ona görə də, heç vaxt jurnalistlərimizlə pis münasibətdə olmaq arzum olmayıb. İnanmıram ki, kimsə barəsində qərəzli yazıların yazılmasının tərəfdarı olsun. Əks halda belə bir “məlumatlara” dözümlülük nümayiş etdirmək lazımdır. Mən bunu həbsdə olarkən də gördüm. Nəticədə də bir neçə jurnalist həbsdən buraxılan gün məndən halallıq istədilər. Mən də sözügedən jurnalistlərə halallığımı verdim. Onlar başa düşdülər ki, mənə qarşı çox böyük səhv ediblər.
Mən ölkəmizdə xeyli jurnalistin problemlərinin həll olunması və irəliləməsi istiqamətində köməklik etmişəm. Bu gün sözü gedən insanlar sayəmdə kifayət qədər yaxşı məqam sahibi olublar. Onların çalışdıqları kollektivlərdə də bunu bilən var. İnanıram ki, zamanında onlar mənim bu yaxşılığımı dilə gətirəcəklər. Media təmsilçilərimizə göstərdiyim dəstəyə görə də, heç vaxt peşman olmamışam və hesab edirəm ki, düz etmişəm.
- “Mərkəz” qəzetinin fəaliyyətini bərpa etməyi düşünürsünüzmü?
-Vallah tam səmimi danışmaq istəyirəm. Hər kəsə sizin vasitənizlə bir daha bəyan edirəm ki, hər hansı bir işi görməyə hazırlaşmıram. İşləmək haqqında heç planım da yoxdur.
- Niyə?
- Eh.. Xeyr. Nə istirahət?.. Problemim var. Məlum hadisələrdən sonra, ailəmə çox mənəvi-psixoloji zərbələr dəyib. Bu zərbədan kiçiyindən tutmuş böyüyünə kimi hamıya ziyan edib. Mən ailəmlə birlikdə bütün gücümzlə çalışırıq ki, bu cür mənfi emosiyadan çıxaq. Ailəmlə birlikdə olacağam və həyatımı onlara həsr etmək istəyirəm. Ona görə də hələ ki, heç bir iş barədə düşünmürəm, hər hansı planım yoxdur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gülər Əhmədova seçkidən sonra buraxılacaq

    Gülər Əhmədova seçkidən sonra buraxılacaq ...

    9-08-2013, 14:24

  • 
  • Türmədə Gülər Əhmədova-Şəmsiyyə Bəylərqızı davası

    Türmədə Gülər Əhmədova-Şəmsiyyə Bəylərqızı davası ...

    22-01-2014, 22:50

  • 
  • Gülər Əhmədova İlham Əliyevə müraciət etdi: “Mən dələduz deyiləm”

    Gülər Əhmədova İlham Əliyevə müraciət etdi: “Mən ...

    2-12-2013, 13:02

  • 
  • Gülər Əhmədova bəraət istəyir: «Mənlik heç nə yoxdursa…»

    Gülər Əhmədova bəraət istəyir: «Mənlik heç nə ...

    26-11-2014, 14:32

  • 
  • Gülər Əhmədova azadlığa buraxıldı

    Gülər Əhmədova azadlığa buraxıldı ...

    5-05-2014, 18:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu