“Hazırda həbsdə olan sabiq YAP-çı deputat Gülər Əhmədova onun gecələr şəhərə çıxması barədəki məlumatların mətbuata digər xanım məhbus, jurnalist Şəmsiyyə Bəylərqızı tərəfindən ötürüldüyünü zənn edərək ona hədə-qorxu mesajları göndərib”.
Bu məlumatı virtualaz.org saytına açıqlamasında vəkil Elçin Sadıqov verib.
Vəkilin sözlərinə görə, bunu ona Ş.Bəylərqızı özü deyib: “Şəmsiyyə Bəylərqızı mənə zəng etmişdi. Bildirdi ki, Gülər Əhmədova bu məlumatın yayılmasında ondan şübhələnib. Bunun ardınca isə sabiq deputat Şəmsiyyə Bəylərqızının olduğu kamerada bir neçə dəfə qanunsuz axtarış həyata keçirtdirib. Gülər Əhmədova Şəmsiyyə Bərlərqızına övladı ilə görüşməsinə belə qadağa qoydurub...”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?