GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qəzzada ən son vəziyyət: sionistlər böyük itkilər verir; Fələstin şəhidləri 261-ə çatıb (Döyüşlər gedir)

Qəzzada ən son vəziyyət: sionistlər böyük itkilər verir; Fələstin şəhidləri 261-ə çatıb (Döyüşlər gedir)

Tarix: 19-07-2014, 14:32 Bölmə :Ölkə Baxış: 0
Qəzzada ən son vəziyyət: sionistlər böyük itkilər verir; Fələstin şəhidləri 261-ə çatıb (Döyüşlər gedir)


Ötən gecə Qəzzaya qurudan girən İsrail rejiminin hərbçilərinə qarşı Fələstin xalqının və hərbçilərinin müqavimət davam etməkdədir. Döyüşlər sübh azanı oxunan zaman da ən kəskin şəkildə davam edib.
İsrail rejiminin son olaraq Xan Yunusa təşkil etdiyi hücum zamanı 5 fələstinli xəsarət alıb. Lakin, hücum HƏMAS müqavimətçiləri tərəfindən dəf edilib.
Fələstinin Qəssam briqadası və Qüds ordusu ortaq əməliyyat keçirərək Aşkelona 7 qrad raketi zərbəsi endirib. Eyni zamanda Qəssam briqadası İsrail rejiminin Zikkim hərbi bazasına 6 ədəd “107” raketi atıb. HƏMAS Aşdoda 7 raket, Qəssam isə Aşdoda 10 qrad atıb. Sionist mediasının məlumatına görə, artıq Aşdod və Aşkelonda həyacan siqnalları çalınmağa başlanıb. İnsanlar yeraltı məntəqələrə yerləşdirilib. Ümumilikdə İsrail rejiminə 50 raket atılıb.
Habelə Qəzzanın müqavimət gücləri Qəzza Hava Limanına yaxınlaşan iki zirehli texnikanı da raketlə vuraraq məhv edib. Xan Yunusda isə müqavimət qüvvələri sionist hərbçiləri ilə döyüşür.
Məlumatlara görə, İsrail rejiminin ordusunun böyük çalışmalarına baxmayaraq onlar Qəzzanın heç bir məntəqəsinə daxil ola bilməyib. Qəzzaya 3 bölgədən girməyə çalışan sionist rejim hərbçiləri geri oturdulub. İsrail mətbuatı Qəzzanın girişinə ən müasir minaların yerləşdirildiyini yazıb. Buna görə də, Beyt Lahiyədə yaşayış əraziləri bombalanır. Sionist mətbuatının məlumatına əməliyyatlarda 1 sionist hərbçisi məhv edilib, 5-i yaralanıb.
Son açıqlamalara görə, şəhid olanların sayı 261 nəfərə çatıb. Yaralıların sayı 2000-dən çoxdur. Səhərə qədər Fələstin 17 şəhid verib. İsrail rejimi yaralıları aparmaq üçün gələn bir ambulansı da vurub.

Deyerler.org



***
2014-07-18 13:35

Deyerler.Org: Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra bildirib ki, İsrail rejiminin 12 gündür Qəzzanın müxtəlif bölgələrinə qarşı davam etdirdiyi hücumlarda həyatını itirənlərin sayı 260-a çatıb, yaralananların sayı isə 2000-i ötüb, - AA.

Kudra qeyd edib ki, təcilli tibbi yardım dəstələri İsrail rejiminin gecə bombaladığı Rifah və Xan Yunis şəhərlərindəki dağıntıdan 10 cəsəd çıxarıb.

Hazırda Qəzzanın müxtəlif bölgələrində sionist İsrail rejiminin hərbçilərinə qarşı müqavimət davam edir. İsrail rejiminin böyük itkilər verdiyi qeyd olunur.

Deyerler.Org





İsrail rejimi qurudan Qəzzaya girdi: Sonistlər məğlubiyyət acısını körpələrin qətliamından çıxır: 246 şəhid (Son dəqiqə)


İsrail rejiminin Qəzzaya qarşı həyata keçirdiyi quru əməliyyatlarının əsas qurbanları yenə də dinc insanlardır. Bu gecənin ən azyaşlı qurbanı isə 5 aylıq Faris Cuma əl-Mahmumdur. Onun cəsədi 8 yaralı ailə üzvü ilə birlikdə Qəzzanın Əbu Yusuf ən-Nəcər xəstəxanasına gətirilib.

Bunun ardınca İsrail rejiminin tanklarının Qəzzada bir xəstəxananı vurması nəticəsində iki saatdır dünyaya gələn bir körpənin də həyatını itirdiyi bildirilir.

Ümumilikdə şəhid olan 9 fələstinlinin 4-ünün uşaq olduğu təsdiqlənib.

HƏMAS hərbçilərinin müqaviməti isə ən kəskin şəkildə davam edir. HƏMAS raketlərinin bu saatlarda Aşkelon, Netivot və Sdota atıldığı bildirilir. Aşdoda isə 3 raket atılıb. İsrail rejiminin komandirlərindən biri açıqlama verərək deyib ki, onlar HƏMAS-ın quru əməliyyatlarına tam hazır olduqlarından əmindirlər. Sionist ordu komandiri anti-tank raketləri, snayper və bununla yanaşı yeraltı hücumlardan çəkindiklərini bəyan edib.

Ən son məlumata görə, Qəssam qüvvələri Beyt-Lahiydə bir sionist tankını məhv edib. Ümumilikdə isə sionistlər istiqamətində 5 raket atılıb, rejim qüvvələri geri çəkilmək məcburiyyətində qalıb.







Deyerler.org

***

Bu dəqiqələrdə Qəzzaya qurudan daxil olan sionist hərbçiləri ilə HƏMAS hərbçiləri arasında döyüşlər davam etməkdədir. Artıq Qəzza və Rəfahda şəhid olanların sayının 246, yaralıların isə 1860 nəfərə çatdığı bildirilir. Bu gecə Qəzzanın ümumilikdə 9 şəhid verdiyi bildirilir. Xəstəxanalarda yaralılar üçün artıq qan dükənib.

Bu arada Qərbi Şəriyədə də fələstinli gənclərlə sionist hərbçiləri arasında qarşıdurmalar başlayıb. “Əl-Manar” saytının məlumatına görə, Xan Yunusda sionist hərbçilərinin iki hücumu dəf edilib. Qəssam isə, Rəfahın qərbində sionist əsgərlərini 4 ədəd raketlə vurub.


İslami Cihad hərəkatının sözcüsü Ziyad Nehal bildirib ki, onlar bütün imkanları isə sionistlərə qarşı döyüşəcəklər. O, Türkiyə və İranın da onlara dəstək verdiyini bəyan edib.

“Əl-Cəzirə”nin son məlumatına görə, Fələstin Rəfah və Beyt Layihada 3 şəhid verib. Sionistlərin qırıcıları Xan Yunusu, donanması isə Sudaniya şəhərini bombalayır.

Bu arada Misir hökuməti də İsrail rejimini quru əməliyyatlarına görə sərt tənqid edib.

Deyerler.org



***

Bu dəqiqələrdə HƏMAS hərbçiləri Xan Yunusun şimalına və Qəzzanın cənubuna doğru irəliləmək istəyən sionist hərbçilərini geri çəkilməyə vadar edib. İsrail rejiminin Rəfaha top atəşi nəticəsində isə bir fələstinli şəhid olub, 6 nəfər yaralanıb. İsrail rejimi tankları Rəfaha yaxınlaşmaq istəyən təcili yardım ambulanslarını da bombalayır.

Əl-Qəssam briqadası isə Aşkelona 3 qrad mərmsi atıb. 3 sionistin xəsarət aldığı bildirilir.

Deyerler.org

***

İsrail rejiminin tankarl bir neçə saat öncə Qəzzaya qarşı qurudan əməliyyatlara başlayıb. Deyerler.org-un “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə İsrail rejiminin qondarma baş nazirliyinin sözcüsü Ofir Gendelman bildirib.

Onun sözlərinə görə, sionist baş naziri Binyamin Netanyaho İsrail rejimi ordusuna Qəzzadakı tunelləri vurmaq üçün quru əməliyyatlarına başlamaq əmri verib.

Şahidlərin sözlərinə görə, sionist tankları və hərbçiləri Beyt Layha əyalətindən Qəzzaya daxil olub. Qəzzaya atılan ilk top mərmilərinin nəticəsində isə elektrik stansiyasının vurulduğu və bölgənin böyük bir hissəsində elektrik enerjisinin dayandığı bildirilir.

Qəzzaya daxil olan tanklara havada sionist qırıcılarının dəstək verdiyi və fələstinlilərin evlərinə bombaların yağdırılmasının davam etdiyi də qeyd olunur.

Hazırda Qəzzanın Beyt Layha, Beyt Hanna, Xan Yunis, Saciyyə, Al-Atta rayonlarında, habelə Rəfah şəhərində dinc insanların evlərinin havadan, qurudan və dənizdən bombardman edildiyi bildirilir. Bombardman nəticəsində artıq 2 fələstinli həyatını itirib. İsrail rejiminin hərbçiləri ilə HƏMAS hərbçiləri arasında da döyüşlər gedir.

Bu arada Fələstinin HƏMAS hökumətinin sözcüsü Fəhmi Bərhum İsrail rejiminin quru əməliyyatlarına başlaması ilə bağlı bəyanatla çıxış edib. O bildirib ki, İsrail rejimi Qəzzadan böyük itkilərlə çıxacaq. “Sionist işğalçı Qəzzaya qarşı quru əməliyyatlarının əvəzini ağır ödəyəcək. Burada onlar üçün məhvedici cavab hazırlanıb”. HƏMAS sözcüsü həmçinin bildirib ki, onlar İsrail rejimini ümmət qarşısında diz çökdürəcəklər.

Türkiyə də İsrail rejimini quru əməliyyatlarına başladığına görə sərt tənqid edib. Baş nazir Ərdoğanın sözcüsü Hüseyn Çelik, habelə Türkiyə XİN bu əməliyyatları sivil dünyanın "üz qarası" adlandırıb.

İran parlamentinin spikeri Əli Laricani HƏMAS rəhbəri Xalid Məşələ zəng edərək İsrail rejiminin quru əməliyyatlarına başlamasını sərt tənqid edib. O, İranın Fələstin müqavimətinin yanında olduğunu bəyan edib.

Qeyd edək ki, sionist İsrail rejiminin Qəzzaya qarşı həyata keçirdiyi əməliyyatlar nəticəsində artıq 240 fələstinli həyatını itirib, 1400-dən çox insan isə yaralanıb.
Xatırladaq ki, İsrail rejimi son olaraq 2008-2009-cu ildə Qəzzaya qurudan girib və iki günlük əməliyyatdan sonra böyük itkilər verərək çıxmaq, atəşkəs imzalamaq məcburiyyətində qalıb.

Deyerler.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İsrail Qəzzada HƏMAS-ın mövqelərini vurdu

    İsrail Qəzzada HƏMAS-ın mövqelərini vurdu ...

    27-06-2017, 17:45

  • 
  • İsrail aviasiyası HƏMAS-ın Qəzza zolağındakı obyektlərinə zərbələr endirib

    İsrail aviasiyası HƏMAS-ın Qəzza zolağındakı ...

    6-05-2016, 02:25

  • 
  • Fələstin İsrailə raket atdı

    Fələstin İsrailə raket atdı ...

    23-07-2017, 16:44

  • 
  • “Həmas”dan İsrailə qəfil həmlə

    “Həmas”dan İsrailə qəfil həmlə ...

    10-07-2014, 02:19

  • 
  • İsrail Qəzzaya hava zərbəsi endirib

    İsrail Qəzzaya hava zərbəsi endirib ...

    5-05-2016, 00:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu