Türkiyəli məşhur və bacarıqlı prodüser-aparıcı Acun İlıcalınin verilişi yenidən cərimələndi.
Radio və Televiziya Üst Qurumu tərəfindən bir çox reytinqli layihələrin müəllifi olan Acun “O səs çocuklar” yarışmasına görə televiziya kanalına 600 min lirə (222 min manat) məbləğində cərimə kəsib.
“Uşaqların zehni və əxlaqi inkişafına mənfi təsir göstərməsi səbəbindən” başlıqlı kəsilən cəza mətnində deyilir:
“İlkin mərhələdən keçən iştirakçılar mahnı səsləndirərək münsiflərin yaratdığı qruplara düşə bilmək üçün mübarizə aparırlar. Münsif kürsüsündə əyləşən tanınmış müğənnilərin qarşısında müxtəlif şou göstərən uşaqların hamısı oyun oynamaq yaşındadırlar və tətil vaxtı dincəlmək əvəzinə, ailələrindən, dostlarından ayrı düşərək, yaş və psixologiyalarına yad olan atmosferdə həftəsonu keçiriləcək seçim mərhələsinə hazırlaşırlar".
Bundan əlavə olaraq qeyd edilib ki, uşaqlar səhnəyə çıxan zaman rəftar və davranışları ilə yetkinlik yaşında olan biri kimi hərəkət edirlər. Onlar müvəqqəti şöhrət qazanaraq mənəvi tarazlıqları pozula və bu şanı itirdikdən sonra müxtəlif problemləri yarana bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?