"Survivor" verilişində yarımfinal mərhələsində iştirakçılar Atakan və Damla sms nəticələrini gözləyərkən aparıcı Acun qısa bir açıqlama verdikdən sonra qalibin adını açıqlayaraq yayımı dayandırıb.
Buna səbəb dünən İstanbul Atatürk hava limanında baş verən terror hadisəsi olub. Reklamdan sonra açıqlama verən Acun deyib: "Sizin xəbəriniz yoxdur, amma bir neçə dəqiqə əvvəl İstanbulda partlayış olub, çoxlu yaralı var. Belə bir vəziyyətdə səsverməni uzatmağın mənası yoxdur. Biz də reklam fasiləsində öyrəndik. Qalibin adını açıqlayıb verilişi yarımçıq kəsəcəyik. Allah terror nəticəsində ölənlərə rəhmət eləsin, yaralılara şəfa versin".
Atakan adlı iştirakçı final mərhələsinə yüksəlsə də, buna heç sevinə bilməyib.
Qeyd edək ki, İstanbulun Atatürk hava limanında terror aktları nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?