Sosial şəbəkədə yayılan və böyük narazılığa səbəb olan bir sürücünün yaşlı adamı maşını ilə qəsdən vurub yaralaması barədə yeni detallar üzə çıxıb.
gundemxeber.az xəbər verir ki, irad bildirildiyinə görə yaşlı kişini maşının altına salaraq əzən şəxs erməni imiş. Onun lal və kar olduğu bildirilir. Qanunvericilikdə isə lal və kar sürücünün avtomobil idarə etməsi qadağandır. Hazırda Rusiya hüquq-mühafizə orqanları erməninin törətdiyi əməli araşdırır.
Xatırladaq ki, avtomobili düzgün idarə etməyən erməni sürücüyə svetaforun qırmızı işığı yanarkən öz maşınından düşən yaşlı sürücü etiraz edib. Əvəzində isə “BMV”nin sürücüsü maşını qəsdən yaşlı kişinin üstünə sürərək onu digər maşına doğru sıxıb. İki maşının arasında sıxışıb qalaraq xəsarət alan kişiyə əhəmiyyət vermədən maşından düşərək öz avtomobilinin əzilib-əzilmədiyini yoxlayan erməni sürücü soyuqqanlı şəkildə yoluna davam edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?