Bakıda piyadanı vuran sürücü hadisə yerindən qaçıb.
ARB TV xəbər verir ki, piyadavurma faktı paytaxtın Xəzər rayonunda baş verib.
Xaşaxuna bağları ərazisində yolu keçmək istəyən 24 yaşlı Kənan Fətullayevi naməlum avtomobil vurub. Hadisədən sonra sürücü ərazini tərk edib.
Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər yaralının həyatını xilas edə biliblər. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?