GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Keçmiş nazirin oğluna məxsus şirkətin bağlanmasında vəhabi izi –”Sevil” massivində nə baş verir?

Keçmiş nazirin oğluna məxsus şirkətin bağlanmasında vəhabi izi –”Sevil” massivində nə baş verir?

Tarix: 21-07-2014, 13:33 Bölmə :Ölkə Baxış: 0
Keçmiş nazirin oğluna məxsus şirkətin bağlanmasında vəhabi izi –”Sevil” massivində nə baş verir?


Azinform.az qısa müddətdə Azərbaycanda geniş reklam piarı hesabına məşurlaşmağı bacaran “Sevil Construction” şirkətində baş verən fırıldaqlarla bağlı maraqlı araşdırma aparıb.Nəticədə məlum olub ki, Azərbaycanın inşaat bazarında tez bir zamanda vətəndaşların etibarını qazanmağı bacaran bu şirkətin bütün fəaliyyəti sadə maliyyə piramidası üzərində qurulubmuş. İki ilə yaxın fəaliyyəti ərzində minlərlə insanla müqavilə bağlamış şirkətin işləri pis getməyib.

İlkin şərtlərə görə , vətəndaşlara ayrılan torpaq sahələrində tikinti işlərinin aparılması, son nəticədə isə torpaq və mülkiyyətin özəlləşdirilərək mülkiyyət sahibinin tam istifadəsinə verilməsi əsasında şirkətlə müqavilə bağlanırdı. Şirkətin təkliflərində insanları cəlb edən əsas məqamlardan biri, qiymətin yüksək olmasına baxmayaraq, şirkətdən əldə edilmiş torpaq sahəsinin və aparılacaq tikinti işlərinin pulunun hissə-hissə olaraq ödənilməsində idi. Məhz elə bu amil insanların şirkətdən yer əldə etməyə çalışmasının kütləvi hal almasına gətirib çıxarmışdı. Reklamın getdiyi ilk vaxtlar hər sot torpağa görə 3000 manat civarında dəyərləndirilən sahələrin qiymətləri son dövrdə 8000 manata qədər yüksəlmişdi.sev2

Bu gün yuxarıda adı çəkilən şirkətlə bağlı redaksiyamıza edilən şikayətləri araşdırarkən tamamilə fərqli mənzərənin şahidi olduq. Baş ofisə yaxınlaşdığımız zaman, qapının üstündə Korrupsiyaya qarşı mübarizə idarəsinin möhürünün vurulduğunu gördük. Ətrafda aylıq borclarını ödəməyə gələn insanların öz aralarında nəyi isə müzakirə etdikləri diqqətimizi cəlb etdi. Gedən söbətlərdən məlum oldu ki, şirkətin naməlum səbəblər üzündən fəaliyyətini müvəqqəti olaraq dayandırılıb. Mülkiyyətçilərin isə zərərçəkmiş qismində Korrupsiyaya qarşı mübarizə idarəsinə ifadə vermək üçün dəvət ediliblər. Bu insanların arasında hələlik yalnız torpaq sahələrinin dəyərini ödəyən sadə vətəndaşlardan tutmuş, evləri tam tikilərək hazır vəziyyətdə olanlarına rast gəlmək olardı. Baş verənlərin səbəbi ilə maraqlandıqda, müxtəlif versiyaları eşitdik. Amma gördük ki, insanları düşündürən əsas məsələ indiyə qədər şirkətə ödədikləri pulun taleyidir. Maraqlıdır, işləri heç də pis getməyən şirkətin birdən-birə ağır vəziyyətə düşməsinin səbəbi nədir?

Son vaxtlar “vurulan” şirkətlərin çoxu haqqında aparılan müzakirələrə nəzər saldıqda belə nəticə çıxarmaq olar ki, tikinti sektoruna nəzarət uğrunda güc mərkəzləri arasında ciddi rəqabət var.

Bu yaxınlarda «Sovetski” deyilən ərazidə evlərin sökülməsi ilə əlaqədar köçürülən şəxslərə bir kvadratı 380 manatdan ev tikə biləcəyini elan etmiş tikinti şirkətinin aqibəti hamımıza məlumdur. Hazırda həmin şirkət barəsində istintaq aparılır. Korrupsiya əməllərində günahlandırılan şirkətin qanunları hansı dərəcədə pozması barədə dəqiq nəsə deyə bilmərik. Ancaq görünür şirkətin cəzalandırılmasının əsas səbəblərindən biri yazılmamış qanunları pozmaqla bağlıdır. Faktiki olaraq bu tikinti şirkəti, Azərbaycan adlı məmləkətdə tikintinin hansı məbləğə başa gəldiyini, lakin qiymətlərin süni surətdə şişirdilməsi, vətəndaşın nə dərəcədə aldadılması məsələsini açıqca dilinə gətirmişdi.sev1

Lakin görünür “Sevil Construction” şirkəti ilə bağlı olan məsələ tamamilə başqa səpgili, daha doğrusu, siyasi çalarları olan məsələdir.
Əldə etdiyimiz məlumata görə “Sevil Construction” tikinti şirkəti, Azərbaycanın keçmiş Yeyinti Sənayesi naziri Sevil Zeynalovanın oğlu Aynur Zeynalova məxsusdur.O, həmçinin “Sevil” massivinin də sahibidir. Dindarlar arasında Hacı Aynur kimi tanınan bu şəxs həm də, Azərbaycanda vəhabi təriqətinin fəal üzvlərindən biri kimi xarakterizə olunur. Son zamanlar bu təriqət üzvlərinin Azərbaycanda baş verən dini zəminli hadisələrdə adlarının heç də birmənalı şəkildə hallandırılmamasının səbəbləri isə hər birimizə məlumdur. Güclü maliyyə resursları və gəlir yerləri olan təriqət üzvlərinin hərəkətlərinin artıq siyasi iddia səviyyəsinə qədər artması təbii olaraq hər birimizdə həyəcan doğurmaqdadır. Belə olan halda bu təriqətin maliyyə qaynaqlarının növbəti birinin də kəsilməsi məntiqə uyğun addımlardan biri deyilmi? Bəlkə elə şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasının əsas səbəbi də bundan ibarətdir…
Hər halda məsələnin araşdırılması olduqca zəruridir və yəqin ki, yaxın zamanlarda apardığımız araşdırmaların nəticələri barədə oxucularımızı məlumatlandıracağıq.

Azinform.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Sahil-İnşaat” vətəndaşları necə aldadır? – Bakıda daha bir mənzil dədləduzluğu

    “Sahil-İnşaat” vətəndaşları necə aldadır? – ...

    7-01-2021, 14:10

  • 
  • Özbaşına tikinti və sənədsiz evlərə mülkiyyət hüququnun tanınma ŞƏRTLƏRİ

    Özbaşına tikinti və sənədsiz evlərə mülkiyyət ...

    12-11-2013, 13:05

  • 
  • Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə

    Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq ...

    10-02-2021, 10:43

  • 
  • Səbaildə torpaq maxinasiyaları araşdırılır

    Səbaildə torpaq maxinasiyaları araşdırılır ...

    25-04-2014, 11:44

  • 
  • Ev tikmək istəyənlərin nəzərinə - Torpaq da bahalaşacaq

    Ev tikmək istəyənlərin nəzərinə - Torpaq da ...

    20-12-2015, 13:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu