Rusiyada adam oğurluğu ilə məşğul olan bir qrup Azərbaycan vətəndaşı həbs olunub. gundemxeber.az saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, Rusiya DİN-in əməliyyatın Moskva ətrafında keçirildiyini açıqlayıb. 11 Azərbaycan vətəndaşından ibarət qrup biznesmeni oğurlayıb və onun buraxılması üçün yarım milyon dollar tələb edib. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, biznesmen iyulun əvvəllərində yoxa çıxıb, cinayət Moskvanın cənub-şərqində baş verib. Hüquq-mühafizə orqanları adam oğurluğu maddəsi ilə cinayət işi qaldırıblar. “Moskva vilayətinin Mıtişinsk rayonunda keçirilən əməliyyat zamanı bu cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Onlar 28-47 yaşlarında olan 11 Azərbaycan vətəndaşıdır” – deyə açıqlamada bildirilir. Hazırda həmin şəxslərin başqa adam oğurluğu cinayətində əlinin olub-olmadığı araşdırılır.
Sorğu
Yeni dizaynımız necədir?