Moskvada öz həmvətənlərini pul müqabilində oğurlayan Azərbaycan vətəndaşı tutulub. Musavatcom-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, 26 yaşlı Razim Əhmədov cinayətkar qruplaşmanın əlaqələndiricisi olub və qaçırılmaq üçün adamları seçirmiş.
Razim Əhmədovun üzvü olduğu cinayətkar dəstə azərbaycanlılardan ibarət olub. Onlar pul tələb etmək üçün bizneslə məşğul olan azərbaycanlıları cirov götürürlərmiş.
Dəstənin digər üzvlərinin də saxlanıldığı bildirilir. Amma onların adları açıqlanmayıb.
Sorğu
Yeni dizaynımız necədir?