Gürcüstan prezidenti Mixail Saakaşvili bir sıra ölkələrdəki səfirlərini geri çağırıb. Gürcüstan KİV-nin verdiyi xəbərə görə, bu siyahıya xarici işlər naziri Maya Pandjikidzenin geri çağırmaq istədiyi səfirlər daxil edilib. Vəzifəsindən azad edilən səfirlər arasında Gürcüstanın Almaniyadakı, Birləşmiş Krallıq və Şimali İrlandiyadakı, Belçikadakı səfirləri də var. Bu sıraya həmçinin Gürcüstanın Avropa Şurasındakı daimi nümayəndəsi, Çİndəki səfiri, Türkiyə, Qazaxıstan, Litva, Bolqarıstandakı səfiri də daxil edilib. Onu da vurğulayaq ki, Saakaşvilinin geri çağırdığı səfirlər arasında Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də var
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?