Türkiyə özünün Vatikandakı səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırıb. "Röyter" agentliyi bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər yayıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə XİN Vatikanın bu ölkədəki səfiri Antonio Lucibellonu nazirliyə çağırmış, ondan Roma papasının qondarma "erməni söyqırımı" barədə dediyi fikirlərinə görə izahat tələb etmişdi.
* * *18:30
Vatikanın Ankaradakı səfiri Antonio Lucibello bu gün Türkiyə Xarici İşlər Nazirliyinə cağırılıb. "Röyter" agentliyi xəbər verir ki, bu barədə Türkiyə hökumətinin rəsmi nümayəndəsi açıqlama yayıb.
O deyib ki, Türkiyə XİN-də Antonio Lucibellodan Roma papasının qondarma "erməni söyqırımı" barədə dediyi fikirlərinə görə izahat tələb olunub. Bu gün Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə çıxış edən Fransisk bildirib ki, “erməni soyqırımı” XX əsrin ilk soyqırımı olub. Mərasimdə Ermənistan prezidenti Serj Sərkisyan və erməni din adamları da iştirak edib.
Papanın bu açıqlaması isə Türkiydə narazılıqla qarşılanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?