GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ramil Usubov beli sındırılan gəncin işini nəzarətə götürdü - VİDEO

Ramil Usubov beli sındırılan gəncin işini nəzarətə götürdü - VİDEO

Tarix: 23-07-2014, 23:26 Bölmə :Ölkə Baxış: 0
Ramil Usubov beli sındırılan gəncin işini nəzarətə götürdü - VİDEO


DİN işin obyektiv araşdırılacağını vəd edir, zərərçəkənin atası isə istintaqdan narazıdır
Cari il iyunun 17-də Salyan rayonu ərazisində üç nəfər tərəfindən qəddarlıqla döyülərək beli sındırılan Lənkəran şəhər sakini Müstəqim Məmmədovun işi araşdırılmır. Bunu dünən redaksiyamıza dərdini söyləməyə gələn Müstəqim Məmmədovun atası Nazim Məmmədov dedi.

N.Məmmədov hesab edir ki, oğluna bu ağır bədən xəsarəti təsadüfən deyil, sifarişlə həyatə keçirilən suq-qəsd nəticəsində yetirilib: “Bu il yanvarın 9-u axşam saatlarında Lənkəran şəhərində oğlum Müstəqim Məmmədov Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin sabiq rəis müavini Aydın Əkbərov tərəfindən heç bir səbəb olmadan təhqir edilib və gülələnməklə hədələnib. Mən durmadan bütün ünvanlara müraciət etsəm də, səsimi eşidən olmadı. Baş Prokurorluq və Daxili İşlər Nazitliyinə də müraciət eləmişdim ki, bu adam uşağımı şərə salacaq, tutduracaq. Daha nə bilim ki, narkomanlara oğlumu şikəst etdirəcəklər. Axı mən vaxtı ilə təhlükə barədə yazdım, dedim, haray saldım. Amma səsimi eşidən olmadı. Baş Prokurorluq və DİN Aydının tərəfində durdu”.

Şikayətçinin sözlərinə görə, son hadisə ilə bağlı iş Salyan Polis Şöbəsindən alınaraq Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinə təhvil verilsə də, bu günə qədər hadisə ilə bağlı kimsə saxlanılmayıb. “10 gün bundan əvvəl məni Daxili İşlər Nazirliyinə çağırmışdılar. Məni orada Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, general Sərvər Mehrəliyev qəbul elədi. Çox sağ olsun, səmimi danışdı, söz verdi. Amma nə olsun? Bu günə qədər kimsə gəlib bizimlə maraqlanmadı. Hamı mənə yalan danışır, məni başlarından edirlər. Əgər Zakir Qaralov və ya Ramil Usubovun oğlunun başına belə bir iş gətirilsəydisə, həmin adam Amerikada da olsaydı, onu bircə günə tutardılar. Bəs mən vətəndaş deyiləm, niyə mənim səsim eşidilmir?”, deyən N.Məmmədov üzləşdiyi problemlə bağlı prezident İlham Əliyevə də müraciət edib.

Redaksiyadan çıxandan təxminən bir saat sonra N.Məmmədov zəng edərək məlumat verdi ki, ona DİN-dən zəng ediblər və söhbət çox əsəbi tonda keçib: “Mənə Ələsgərov soyadlı bir müstəntiq zəng edib dedi ki, bu gün işi ona veriblər. Başa düşmürəm, niyə axı bu gün? Hadisənin üstündən bir aydan çox vaxt keçib, amma hələ işi indi müstəntiqə veriblər. Sonra o, mənə dedi ki, “oğlunu götür, nazirliyə gətir”. Axı mən beli sındırılan adamı Lənkərandan Bakıya nə təhər gətirim? Bunu ağlı başında olan adam deyər? Dedim ki, gəlin, özünüz dindirin də. Deyir ki, “mən indi Lənkərana gəlim?” Dedim ki, istəyirsənsə, heç gəlmə, mən yuxarı şikayət edəcəyəm. O da dedi ki, “get BMT-yə şikayət elə”. Mən uşağam? 76 yaşlı adamla da belə danışarlar?”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mühüm işlər üzrə müstəntiqi Nadir Ələsgərovla əlaqə saxladıq. Müstəntiq həqiqətən də şikayətçiyə telefon açdığını dedi: “Nazim Məmmədovun şikayəti əsasında iş araşdırılması üçün mənim icraatıma verilib. İşi də bu gün almışam. Sözsüz ki, təhqiqata başlamaq üçün əvvəl şikayətçini dinləmək lazımdır. Bu səbəbdən də Nazim Məmmədovla telefonla danışdım. Amma o, mənə heç danışmağa imkan vermədi. Çox əsəbi idi. Başa düşürəm, övladı xəsarət alıb. Amma mən də şikayətçini dindirmədən istintaqı apara bilmərəm. Bu səbəbdən də oğlunun vəziyyətini soruşdum. O da dedi ki, çox yaxşıdır. Dedim ki, onda zəhmət olmasa, götürün onu nazirliyə ifadəsini verməsi üçün gətirin. O, da baş prokuror, daxili işlər nazirinin adını çəkib dedi ki, heç onlar da oğlunu gətirə bilməzlər, mən şikayət edəcəyəm. Belə başa düşdüm ki, onun oğlunun vəziyyəti yaxşı deyil. O, sadəcə əsəbindən mənə “çox yaxşı” deyibmiş. Ona görə də dedim ki, problem deyil, gəlib yerində izahatını alarıq”.

DİN rəsmisi habelə onu da bildirdi ki, N.Məmmədovun şikayəti daxili işlər nazirinin şəxsi nəzarəti altındadır və iş bütün təfərrüatları ilə araşdırılaraq, nəticələri barədə qanun çərçivəsində ölçü götürüləcək.
Qeyd edək ki, 30 yaşlı M.Məmmədovun təcili əməliyyata ehtiyacı var. Aldığı zədələrdən onun onurğa sütununun 5-ci fəqərəsi ("L1 fəqərə cismində kəskin çökmə sınığı, arxa üst hissədə kanala doğru 3 mm-lik yerdəyişmə və dural kisəyə minimal kompresiya) sınıb. Tehranda M.Məmmədova əməliyyatın 10 min dollara edilməsinin mümkünlüyünü bildiriblər. Habelə əməliyyatdan sonra da M.Məmmədov kilinikada 2-3 ay ərzində müalicə almalıdır. Bu məbləğdə vəsaiti ödəmək üçün ailənin imkanı yoxdur. Ailə başçısı Nazim Məmmədov və həyat yoldaşı təqaüdçüdürlər. Məmmədovlar məhz şikəst edilən M.Məmmədovun kreditə götürdüyü avtomobillə göstərdiyi taksi fəaliyyətindən gələn gəlirlə dolanırmış.
Bu səbəbdən də bir daha Müstəqim Məmmədovun əməliyyatı və müalicəsi üçün yardım kampaniyasının aparıldığını xatırladırıq. Yardım etmək istəyən vətəndaşlər ianələrini aşağıdakı bank hesablarına köçürə bilərlər.

Alanın Bankı / Beneficiary Bank
Bank Respublika ASC Lankaran filiali
Kod: 504357 VOEN: 9900001901
M/h: AZ80NABZ01350100000000014944
SWIFT: BRESAZ22
Alan / Beneficiary
Adı / Name: MUSTAQIM
Soyadı / Name: MAMMADOV
IBAN : AZ51BRES00380194401245929301
VÖEN / TIN:

İdrak Abbasov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ramil Usubov deputat oğluna vəzifə verdi

    Ramil Usubov deputat oğluna vəzifə verdi ...

    5-11-2015, 16:55

  • 
  • İcra başçısı Tərtər sahibkarlarına qarşı zülm edir-Şikayətçi

    İcra başçısı Tərtər sahibkarlarına qarşı zülm ...

    12-11-2019, 14:46

  • 
  • Ramil Usubov generalın oğluna yüksək vəzifə verdi

    Ramil Usubov generalın oğluna yüksək vəzifə verdi ...

    19-02-2019, 17:09

  • 
  • Ramil Usubov yeni rəis təyin etdi

    Ramil Usubov yeni rəis təyin etdi ...

    23-03-2016, 11:45

  • 
  • Müstəqim Məmmədovu Yevlağa hansı tellər bağlayır?

    Müstəqim Məmmədovu Yevlağa hansı tellər bağlayır? ...

    24-05-2015, 21:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu