Qrafik üzrə məzuniyyətdə olmalarına baxmayaraq, Rusiya Dövlət Dumasının üzvləri Ukraynadakı vəziyyətin gərginləşməsi ilə əlaqədar təcili şəkildə Moskvaya toplaşırlar.
gundemxeber.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə parlamentdəki mənbədən mediaya informasiya ötürülüb. Qeyd olunur ki, parlamentarilər dövlət başçısı Vladimir Putinin göstərişi əsasında keçiriləcək növbədənkənar toplantıya qatılmaq üçün qayıdırlar.
İclasın dərhal – günü sabah keçirilməsi mümkündür. Sadəcə, bunun üçün yetərsay olmalıdır. Hansı məsələlərin müzakirəyə çıxarılacağı ilə bağlı deputatlarda məlumat olmasa da, mənbə Ukraynaya sülhməramlı qüvvələrin yeridilməsi sənədinin gündəliyə salınacağını olduqca real hesab edib.
Xatırladaq ki, rus sülhməramlı qüvvələrinin Ukraynanın şərqinə yeridiləcəyi ilə bağlı mətbuatda dəfələrlə məlumat yayılıb. Putinin ötən gün keçirdiyi Təhlükəsizlik Şurasının təcili toplantısında da bu barədə müzakirələr aparıldığı ehtimal edildi. İclasdan sonra Putinin orduya çağırışı bu ehtimalları daha da artırdı.
Qeyd edək ki, Putin NATO-nun Rusiya sərhədlərinə yaxınlaşdığını bildirərək, bu təhlükəyə qarşı hazır olması üçün orduya müraciət etdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?