GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İntim səhnələrə çəkilən aktrisalarımız

İntim səhnələrə çəkilən aktrisalarımız

Tarix: 24-07-2014, 15:01 Bölmə :Ölkə Baxış: 0
İntim səhnələrə çəkilən aktrisalarımız


Peşman olan varmı? Əgər bir film, serial, teatr səhnəsində atəşli səhnələr varsa, onun tamaşaçı marağından uzaq qalması mümkün deyil. Hətta o yaradıcılıq nümunələri sənətdən uzaq olsa belə Azərbaycanda zaman-zaman belə səhnələrə çəkilmək bir qırağa, sadaladığım sənət növlərində açıq-saçıq geyinən aktrisalar belə tənqid atəşinə tutulur. Elə bu tənqidlərə görə aktrisaların bəziləri çox istədikləri rolları oynaya bilmir, onun həsrəti ilə yaşayırlar. Amma həmin tənqidlərə sinə gərən cəsarətli aktrisalar da var. O cəsarətlilərin içərisində buna sənət kimi yanaşanı da, məşhur olmaq, tanınmaq istəyəni də var. Bu gün "Artırma"da kino, teatr və seriallarda açıq-saçıq rollara çəkilən aktrisalardan danışacağıq. İntim səhnələri oynamaq aktrisalar üçün nə deməkdir, bu onlara nəyin bahasına başa gəlir? Və dünya kinematoqrafiyasına inteqrasiya olunmağımızı dilə gətirənlərin ən kiçik açıq-saçıq səhnələrə dözümsüzlüyünün səbəbi nədir?

Müsahibələrə qadağa qoydu
İntim səhnələrə çəkilən aktrisalarımız


Ötən il aktrisa Vəfa Zeynalovanın illər öncə çəkildiyi "İlahi məxluq" filmindəki bir səhnəsi böyük ajiotaja səbəb olmuşdu. Bu məsələ o dərəcədə böyüdü ki, hətta az qala aktrisanın ailəsinin dağılmasına qədər gedib çıxırdı. Amma çox şükür, bu, baş vermədi və o vaxtdan Vəfa xanım mətbuata bir daha müsahibə verməyəcəyini dilə gətirdi. Aktrisanın dediklərindən: "Həmin insanlara demək istəyirəm ki, "seks və erotika" sözünü özləri üçün təhlil eləsinlər, görsünlər nə deməkdi. Sonra fikir yürütsünlər, yazsınlar. Tamaşaçılarımız açıq-saçıq səhnələri qonşu ölkələrin filmlərində qəbul edirlər. Amma özümüzdə yox. Mən ssenarini oxuyanda dedim ki, bizim xalq bunu qəbul etməyəcək. Yavər bəy isə dedi ki, mən onun həllini tapacam. Və o da həllini həmin epizodda elə vermişdi; uşağın əli, üzü. Rejissor o vaxt mənə demişdi ki, bu film festival üçün çəkilir və bu səhnələr Azərbaycanda yayımlanmayacaq. Və məni də inandırdı. Amma nəyə görəsə, üç ildən sonra məhz həmin səhnəylə filmin piarı başladı". Bizdə aktrisa tapmadı, xaricə üz tutdu Bu ilin əvvəlində isə media gündəmi "Azdrama"nın səhnəsində oynanılan "Qatil" tamaşasında aktrisa Münəvvər Əliyevanın tamaşada aktyor Hikmət Rəhimovla oynadığı intim səhnələr barədə Alim Qasımovun söylədikləri ilə zəbt olundu. Xatırladaq ki, Münəvvər xanım daha öncə bu cür açıq-saçıq səhnələrə görə Rövşən İsaxın çəkdiyi "Aktrisa" filmində xarakterik baş rolu oynamaqdan imtina etmişdi. Hərçənd ki, rejissor israrla həmin rola azərbaycanlı aktrisa çəkmək istəyirdi: "Rol üçün bəyəndiyim aktrisalar filmdəki bəzi səhnələrə görə çəkilməkdən imtina etdilər. Ona görə əcnəbi ölkə aktrisalarına üz tutduq". Nəticədə rejissor belaruslu Alisa Kaçeri baş rola çəkdi.

"Peşman oldum"
İntim səhnələrə çəkilən aktrisalarımız


Həmin rola çəkilmək təklifi alan aktrisalardan biri də Günel Məmmədova idi. O sonra filmə baxıb, təklifi öncədən qəbul etmədiyinə görə peşman olmuşdu: "Rövşən İsax "Aktrisa" filmində baş rola məni çəkmək istəyirdi. Məhz açıq-saçıq səhnələr var deyə, imtina etdim. Amma filmə baxanda peşman oldum. Orada açıq-saçıq səhnələr elə də qabarıq deyil. İndi elə bir layihə olsa, çəkilərəm. Amma ümumilikdə açıq-saçıq səhnələrə çəkilmərəm. Bizim cəmiyyət aktrisanı oynadığı roluna görə qiymətləndirir. Ona görə hələ də çərçivələrimi saxlamışam. Amma xaricdə belə deyil və orda olsaydım, yəqin ki, çəkilərdim".

"Vücudumu çılpaq göstərə bilmərəm"
İntim səhnələrə çəkilən aktrisalarımız


İndi Münəvvər Əliyeva hesab edir ki, aktrisa öz obrazına bəraət qazandırmaqdan ötrü hər şey etməlidir: "Aktrisanın borcu rejissorun verdiyi tapşırığı yerinə yetirməkdir. Əks təqdirdə rejissor deyir ki, xoş getdin. Əslində, məndə açıq-saçıq səhnələrə çəkilməklə bağlı kompleks var idi. Filmlərdən böyük rollar üçün dəvət alırdım, amma bir balaca açıq səhnəyə görə qəbul etmirdim ki, mən vücudumu çılpaq göstərə bilmərəm, bacarmaram. "Qatil" tamaşasından sonra kompleksim sındırıldı. Çünki "Qatil"də o çılpaqlığa varmırsan. Orada daha çox qadının ağrı-acısı üstələyir o səhnələri. Bu, sənətdir. Ola bilsin, sənətimin elə nöqtəsində gəlib yerləşdim, düşündüm ki, sənətə ciddi yanaşmaq lazımdır. Şıltaqlıq etmək olmaz. Heç kimə sirr deyil ki, indiyə qədər o açıq səhnələrdə çəkilmək üçün aktrisaları xarici ölkədən dəvət edib. Amma nəticədə film Azərbaycanın adına yazılır. "Təhminə və Zaur" da Təhminə obrazına türk aktrisa çəkildi. Bəyəm o rola Azərbaycan aktrisaları çəkilə bilməzdi?"

Soyunar, amma sekslə məşğul olmaz
İntim səhnələrə çəkilən aktrisalarımız


Təhminə demişkən, o rola rejissor Rasim Ocaqov öncə Mehriban Xanlarovanı dəvət edib: "Mən təyin olunmuşdum o rola, yataq səhnəsinə də çəkiləcəkdim. Amma bilmədim nə oldu, Rasim Ocaqov qəfildən Meral Konratı bu filmə dəvət etdi. Bəh-bəhlə o səhnəyə baxırlar, amma mən çəkilsəydim, şəbədə qoşardılar. Azərbaycanda ilk dəfə fahişə roluna mən çəkilmişəm - Şahmar Ələkbərovun "Sahilsiz gecə" filmində. Erotik rol idi, mən orada gecə köynəyimi yuxarı dartmışam. Açıq səhnə demək olardı ona. Həmin vaxt məni az qala daş-qalaq edəcəkdilər. Hətta xəbərlər yayıldı ki, Mehribanı döyüblər. Düzdür, bəzi ağzıgöyçək arvadlar üstümə gəldilər, amma özləri deyib özləri də eşitdilər. İndi istər əcnəbi, istərsə də yerli bir rejissor məni yataq səhnəsinə dəvət etsə, razılıq verərəm. Yalan nə deyim, soyunaram, amma sekslə məşğul olmaram".

Teatrda soyunan ilk aktrisa
İntim səhnələrə çəkilən aktrisalarımız


Zümrüd Qasımova teatrda soyunan ilk aktrisa kimi məşhurlaşdı. Yuğ Teatrında Vaqif İbrahimoğlunun hazırladığı "Canımda can" tamaşasında aktrisanın şəffaf örtüyün arxasında soyunması o zaman üçün çox böyük səs-küyə səbəb oldu: "Mənə o rolu təklif edəndə 18 yaşım var idi. 10 il öncə baş vermişdi. Çoxu deyirdi ki, məni qəbul etməyəcəklər. Bu, mənim sənətim idi, etdim. Bugünkü gündə də peşman deyiləm. Nəyə görə dünya ulduzları bunu edə bilər, biz yox? Mən bunu edəndə gözlədiyim təpki ilə rastlaşmadım, düzdü, etiraz edənlər də oldu, lakin o qədər də böyük faciə olmadı. Elə bil ki, cəmiyyət buna hazır idi. İndi artıq belə təklifləri rədd edirəm".

"Açıq səhnələrim..."
İntim səhnələrə çəkilən aktrisalarımız


"Məhkumlar", "Toy gecəsi" seriallarında birmənalı qarşılanmayan qadın obrazlarını canlandıran aktrisa Səmimə Səlimova deyir ki, maksimum çəkildiyi açıq səhnələri gecə köynəyindədir: "Space" telekanalında "Tək olanda qorxma" serialına təklif almışam. Orda ərinə xəyanət edən rus qızını canlandırıram. O rolla bağlı açıq-saçıq səhnə var. Hətta birinə çəkilmişəm, sadəcə, intim səhnə deyil. Mən çox açıq səhnədə çəkilmərəm. Birincisi, açıq səhnəyə Azərbaycanda ehtiyac yoxdur. Tamaşaçı o qədər arifdir ki, bir işarədən də hər şeyi başa düşür. Əgər reytinq xatirinə bunu edirlərsə, sənət baxımından bunu düzgün hesab etmirəm".

"Müharibə dövründə məni hamı zorlayıb"
İntim səhnələrə çəkilən aktrisalarımız


"Müharibə" tamaşasında zorlanma səhnəsində oynayan aktrisa Kəmalə Müzəffərin fikrincə, açıq səhnələrlə bağlı rejissorun dedikləri ssenaridə, yaxud pyesdə özünü doğrultmalıdır: "Mən bir aktrisa olaraq ona inanmalıyam. "Müharibə" tamaşamda zorlanma səhnəm var. Və o səhnəni böyük məmnuniyyətlə oynadım. Çünki mütləq o səhnə oynanılmalı idi. Ki, qadın ərinə sonda o sözləri deməyə bilsin: "Mənim üçün artıq fərqi yoxdur. Müharibə dövründə məni hamı zorlayıb".

"Bu tip qadınları qınayıram"
İntim səhnələrə çəkilən aktrisalarımız


Bir müddət öncə aktrisa Dilarə Nəzərovanın "Gürzə" filmindəki Ziba rolunu ifa edərkən geyindiyi geyimi sosial şəbəkələrdə və yerli saytlarda müzakirələrə səbəb oldu. Hərçənd ki, film 6 il öncə çəkilib və telekanallarda dəfələrlə nümayiş olunub: "Rəy yazan insanların əksəriyyəti filmə baxmadan düşüncələrini bildirirlər. Hər halda ilk öncə filmi tam olaraq izləyib, sonra obraz haqqında fikirlərini paylaşsalar, daha yaxşı olar. Mən də həyatda bu tip qadınları qınayıram və "Ziba" obrazını canladırmağımın ən əsas səbəblərindən biri də belə həyat tərzi keçirən qadınların sözügedən filmə baxaraq bu yolun faciə ilə bitəcəyini dərk etməsini istəyirəm. Həyatın acı həqiqətlərini yalnız xəbərlərdə deyil, filmlərdə də göstərmək lazımdır".

"Pornoya çəkilərəm"
İntim səhnələrə çəkilən aktrisalarımız


"Qız yükü" serialında yataq səhnəsi ilə məşhurlaşan Türkan Əliyeva iddia edir ki, xarici ölkədən pornoya çəkilməyə dair təklif gəlsə, qəbul edər: "Mən aktrisayamsa, istənilən rolu oynamağı bacarmalıyam. Belə şeylərdə tam komplekssizəm. Hətta bu yaxınlarda yeni bir təklif almışam. Çılpaq fotosessiyam olacaq. Belə şeylər məni qorxutmur. Çəkildiyim yataq səhnəsinə görə atam mənimlə danışmır. Hərdən zəng edib səsini eşidirəm. Mən bundan sonra istənilən yataq səhnəsinə çəkilməyə hazıram. Hətta xarici ölkədən pornoya çəkilməyə dair təklif gəlsə də, qəbul edərəm".

O, heç vaxt çəkilməz
İntim səhnələrə çəkilən aktrisalarımız


Heç vaxt açıq- saçıq səhnələrə çəkilmədiyini və bundan sonra da çəkilməyəcəyini deyən Firəngiz Mütəllimova bunu həm özünə, həm cəmiyyətə, həm də ailəsinə görə etdiyini deyir. "Həm də mən Hollivudda çəkilmirəm ki, o səhnələrə görə milyonlar qazanım. Sözün düzü, heç mənə indiyə kimi elə rollar da təklif etməyiblər. Xarici filmlərdə o epizodlara baxanda pis yanaşmıram. Yəni, hər şey gözəl olanda yaxşı olur. Estetik baxımdan gözəldirsə, qoyun çəkilsin. Amma ikrah hiss oyadan səhnələrin əleyhinəyəm".


Nərmin
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı aktrisa erotik səhnələrə çəkilə bilərmi?

    Azərbaycanlı aktrisa erotik səhnələrə çəkilə ...

    23-08-2013, 11:41

  • 
  • Türk aktrisanın açıq-saçıq səhnələri - FOTOLARI

    Türk aktrisanın açıq-saçıq səhnələri - FOTOLARI ...

    13-11-2014, 00:58

  • 
  • Azərbaycanlı aktrisa - İstədiyim pulu versələr, yatağa girərəm

    Azərbaycanlı aktrisa - İstədiyim pulu versələr, ...

    17-06-2016, 00:48

  • 
  • Gənc aktrisaya qadağa qoydular: “Şərt kəsdi ki, soyunsan…”

    Gənc aktrisaya qadağa qoydular: “Şərt kəsdi ki, ...

    31-05-2018, 16:05

  • 
  • “Taxt oyunları” serialının aktrisası: Açıq-saçıq səhnələrdən sonra ağlayırdım

    “Taxt oyunları” serialının aktrisası: Açıq-saçıq ...

    21-11-2019, 17:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu