GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Göyçayda bir ailə vətəndaşlıqdan imtinaya hazırlaşır

Göyçayda bir ailə vətəndaşlıqdan imtinaya hazırlaşır

Tarix: 17-01-2013, 10:44 Bölmə :Ölkə Baxış: 645
Göyçayda bir ailə vətəndaşlıqdan imtinaya hazırlaşır

II qrup qarabağ müharibəsi əlilinin ölümündən
sonra onun həyat yoldaşı , 1 yaşlı övladı, 72 yaşlı
valideynləri və yaxın qohumları küçəyə atılır


Göyçay rayon sakinləri olan Rəhmanovlar ailəsi hüquq müdafiəçisi Taleh Xasməmmədova müraciət ediblər. Rəhmanovlar ailəsi son 2 il ərzində müxtəlif qanunsuzluqlarla üzləşərək sonunda 5 ailənin 13 üzvü əsassız məhkəmə qətnaməsi ilə zorla evlərindən çıxarılmaqla evsiz qalıblar. Ailənin 5 üzvü azyaşlı uşaqlardır. Z.Tağıyev küçəsi ev 93 ünvanında yaşayan Rəhmanovlar ailəsi kirayə evlərə köçməklə yaşayırlar. Artıq yaşayışı çətin durumda olan ailə üzvləri ölkə prezidentinə və Türkiyə səfirliyinə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığından imtina və qonşu dövlətdən sığınacaq almaqdan başqa yol qalmadığını bildiriblər.
Hadisələrin təfərrüatı bundan ibarətdir ki, 24 avqust 2010-cu il tarixində 1974-cü il təvəllüdlü Göyçay rayon sakini ll qrup əlil olmuş qarabag müharibəsi iştirakçısı Rəhmanov Fuad Şıxı oğlu kiçik sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə “Zaminbank” ASC-nin Göyçay filialından 20 000 (iyirmi min) manat kredit götürmək məqsədi ilə özünün və mülkiyyətçi atasının razılığı ilə yaşadiqları evi girov qoymaqla həmin məbləğdə ipoteka kreditini bankdan götürmüş olur.
Hər ay 1000 (min) manat olmaqla 3(üç) ay normal ödəniş etmiş borclu Rəhmanov Fuadın səhhətində qəfil problemlər yaranır . Həkimlər ona ciddi müalicə almağı və işləməməyi məsləhət bilirlər. Fuadın ambulator stasionar tibb kartından da görünür ki, o “dilin infiltratı” yarası xəstəliyindən ciddi əziyyət çəkir və o çəkisinin yarısını itirmiş olub.10 may 2011-ci il tarixində Mingəçevir şəhərində əməliyyat olunmuş Fuadın səhhətində heç bir irəliləyiş olmayır, tibb komissiyasının rəyinə əsasən I qrup əlil hesab olunub və 06 sentyabr 2011-ci il tarixində həmin xəstəlikdən dünyasını dəyişib.
Rəhmanov Fuad və bank arasında bağlanmış ipoteka müqaviləsində zamin şəxs atası Rəhmanov Şıxı Abdulhəmid oğlu olmuşdur. Göyşay şəhər İnzibati Ərazi Nümayəndəliyindən Göyçay rayon Z.Tağıyev ev 93 ünvanında qeydiyyatda olub yaşayanların sayı barədə arayışda Fuad və atasının adı qeyd edilmişdir. Qeydiyyatda olan digər 9 nəfər şəxs barəsində isə heç bir qeyd göstərilməmişdir. Həmçinin həmin ünvanda azyaşlı uşaqların olması da qeyd olunmamışdır. Bir sözlə bankla müştəri arasında bağlanmış formal müqavilədən digər ailə üzvləri xəbərsiz olmuşdur. Bu neqativ hal məhkəmədə müəyyən olduqda Göyçay şəhər İnzibati Ərazi Nümayəndəliyi yenidən Göyçay şəhər Z. Tağıyev ev 95 qondarma ünvanında 11 nəfər şəxsin olduğu barədə saxta arayış vermişdir. Hansı ki, belə bir ünvan mövcud deyil. Rəhmanovlar ailəsinə məxsus bir ünvan var o da ki, ev 93. Hakim Elxan Babayev bütün qanunsuzluqları bilsə də həmin ünvanda qeydiyyatda olanların hüuqlarını pozmaqla qətnamə qəbul etmiş nəticədə də həmin ailə üzvləri evlərindən çıxarılaraq kirayələrə üz tutmuşlar. Bankla müqavilədə 60 000 (altmış min) manat dəyərində qiymətləndirilmiş əmlak məhkəmə çəkişməsindən sonra 40 000 manata hərraca çıxarılmış ikinci hərracda isə 25 500 manata satılmışdır.
Fuadın ölümündən sonra “Zaminbank” ASC cərimə faizləri ilə şişirdilmiş 25 500 manat pulu onun ailə üzvlərindən tələb etmiş və Göyçay rayon məhkəməsində iddia qaldıraraq girov qoyulmuş evin onlardan alınması və həraca çıxarılması üçün tələblər irəli sürmüşdür. Borcun ödənilməsindən onun yaxın qohumları imtina etməyiblər. Rəhmanovlar ailəsi məhkəmədən onlara vaxt verilməsinini və ya borcun hissə-hissə ödənilməsini xahiş etsə də məhkəmə hakimi Elxan Babayev onlara qarşı qərəzli mövqe tutmaqla ciddi qanun pozuntularına yol verməklə qətnamə qəbul etmişdir. Nəticədə iddiaçı bankın maraqları təmin olunaraq borclu ailənin xahişləri rədd edilmiş olub.
Hüquq müdafiəçisi Taleh Xasməmmədovun sözlərinə görə İpoteka Haqqında Qanuna zidd bir çox qanunsuzluqlar olmuş və buna görə də məsuliyyət heç bir orqanın üzərinə yönəlməmişdir. Həmçinin hərraca çıxarılma qaydaları da pozulmuşdur. Bütün çatışmamazlıqların aradan qaldırılması üçün ədalətli məhkəmə qərarlarına ehtiyac duyulsa da buna məhəl qoyulmamışdır. Mülki Məcəllənin tələblərinə zidd olaraq Rəhmanovlar ailəsinin bütün üzvlərinin yaşayış sahəsindən istifadə hüququna hansı əsasla xitam verildiyini isə anlamaq çox çətindir.
İpoteka haqqında qanunda nəzərdə tutulub ki, İpoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir.
Qeydiyyat orqanı, onun vəzifəli şəxsləri və əməkdaşları qeydiyyat qaydalarının pozulması nəticəsində maraqlı şəxsə vurduqları zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İpoteka kağızı ilə ipoteka müqaviləsi arasında uyğunsuzluq olduqda, ipoteka kağızının qanuni sahibi onun ləğv edilməsini və eyni zamanda yeni ipoteka kağızının verilməsini tələb edə bilər. İpoteka kağızının qanuni sahibi bu cür uyğunsuzluğu aşkar etdiyi halda dərhal ipoteka qoyana, o, üçüncü şəxs olduqda, həmçinin əsas öhdəlik üzrə borcluya məlumat verməlidir. İpoteka kağızını tərtib edən göstərilən uyğunsuzluqla və onun aradan qaldırılması ilə əlaqədar zərərə görə məsuliyyət daşıyır.
Hərracla bağlı hərəkətlərə gəldikdə isə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Bundan əlavə elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır.
Hərracın sifarişçisi də Göyçay rayon məhkəməsinin İcraçılar Bölməsinin rəisi Abdurrəhmanov İlqar olmuşdur ki, o da məhkəmə qətnaməsinin icrasına tələsmiş və bankın maraqlarına uyğun işlərə həvəsli olduğundan kasıb bir ailənin əmlakının gizlincə hərraca çıxarılıb satılmasında fəal iştirak etmişdir. Hərrac barədə heç bir məlumatı olmayan Rəhmanovlar ailəsi onlara qarşı bu cür amansızlığı düşünə bilməmişdilər.
İnsanlığa qayğı və diqqət göstərmək bacarığından uzaq hakimin qərarı belə də olmalıdır. Onun az da olsa insafı olsaydı , böyük bir ailənin əmlakının qorunması və onların gələcək taleyi barədə düşünərək məsələnin başqa yönümdə həllinə çalışardı. Mərhum Fuad Rəhmanova məxsus borcu ödəyəcək dəyərdə onun ticarət obyekti də olub. Həmin obyektin evin əvəzində götürülməsi təklifi də olduğu halda hakim yenə də evin hərraca çıxarılmasını üstün tutub. Hansı ki, ipoteka müqaviləsinin düzgün olmadığını nəzərə alaraq müqaviləyə xitam verilməsi və ya dəyişdirilməsi, borcun hissə-hissə ödənilməsi və ya başqa bir əmlak üzərinə həbsin qoyulması üçün şərait və imkanlar olub. Həmçinin qeydiyyatda olanlarla bağlı arayışın saxta olduğunu bilərək əsassız yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi qərarı hakimin ciddi səhvlərindəndir. Bununla yanaşı sözü gedən ünvanda qeydiyyatda olan bir neçə nəfər haqqında məhkəmə qaydasında yaşayış sahəsindən istifadə hüququna xitam verilməsə də, onlar da evdən zorla çıxarılıaraq eyni aqibətlə üzləşiblər.
Məgər Mülki Məcəllənin bir ziddiyətli maddəsi böyük bir ailə olan azərbaycan vətəndaşlarının həyat şəraitindən önəmlidirmi? Bir hakimin istəyinə görə II qrup qarabağ müharibəsi əlilinin ölümündən sonra onun həyat yoldaşı , 1 yaşlı övladı, 72 yaşlı valideynləri və yaxın qohumları küçəyə atılmalı idimi? Budurmu ədalət? Yuxarıda qeyd olunan səbəblərdən Rəhmanovlar ailəsi ölkə vətəndaşlığından imtina etməyi qərarlaşdırıblar. Onlar son 2 il ərzində əsl faciə yaşadıqlarını və belə haqsız, qanunsuz işləri ağıllarına gətirmədiklərini qeyd ediblər.
Vüsal
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Göyçayda «50/50» prinsipindən şikayət

    Göyçayda «50/50» prinsipindən şikayət ...

    12-10-2013, 13:31

  • 
  • Prokuror Taleh Xasməmmədova 4 il iş istədi

    Prokuror Taleh Xasməmmədova 4 il iş istədi ...

    22-07-2015, 13:33

  • 
  • Azərbaycanda bir ailənin 5 üzvü zəhərləndi

    Azərbaycanda bir ailənin 5 üzvü zəhərləndi ...

    21-07-2013, 22:51

  • 
  • Bir ailənin 4 üzvü göbələkdən zəhərlənib.

    Bir ailənin 4 üzvü göbələkdən zəhərlənib. ...

    27-11-2013, 14:33

  • 
  • Göyçayda silahlı maskalı şəxslər evə basqın edib

    Göyçayda silahlı maskalı şəxslər evə basqın edib ...

    1-12-2015, 13:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu