Avropa.info-nun məlumatına görə, rayonun Yuxarı Tala kənd sakinləri, bir ailənin 4 üzvü - 1968-ci il təvəllüdlü Balaşov Seyfullah Həsən oğlu, onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Həmzəyeva Mehriban Qurban qızı və iki azyaşlı övladları - 2003-cü il təvəllüdlü Balaşova Zümrüd Seyfullah qızı və 2005-ci il təvəllüdlü Balaşov Məhəmməd Seyfullah oğlu göbələk və xaş yedikdən sonra güclü zəhərlənmə diaqnozu ilə Zaqatala MRX-a daxil olub.
10 yaşlı Zümrüd Balaşova isə həkimlərin səyinə baxmayaraq, oktyabrın 25-də Zaqatala MRX-nın reanimasiya şöbəsində keçinib.
Bu gün həmin hadisədə zəhərlənən Həmzəyeva Mehriban Qurban qızı Respublika Kliniki Xəstəxanaya yerləşdirilib. Xəstənin yaxınlarının Avropa.info-ya verdiyi məlumata görə, M.Həmzəyevanın beynində problem aşkar olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?