GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Suyu, məktəbi, yolu və adı olmayan qəsəbə

Suyu, məktəbi, yolu və adı olmayan qəsəbə

Tarix: 26-07-2014, 12:44 Bölmə :Ölkə Baxış: 0
Suyu, məktəbi, yolu və adı olmayan qəsəbə


Binənin adı, məktəbi, xəstəxanası, apteki, suyu, yolu, kanalizasiyası olmayan qəsəbəsindən reportajı təqdim edirik.

Bakının Binə kəndinin adsız qəsəbəsinin, adı olmayan küçəsində yaşayan 5 mindən çox ailə qəsəbədə məktəb, xəstəxana, aptek, yol, su, kanalizasiya sistemi, marşrut və başqa kommunal imkanların olmamasından əziyyət çəkir.

Binə Bakının böyük qəsəbələrindən biridir. Paytaxt əhalisinin artması, yeni evlərin tikilməsi səbəbindən buranın ərazisi daha da böyüyüb. Nəticədə qəsəbənin ikinci yeni yaşayış sahəsi əmələ gəlib. Ancaq buranın rəsmi qeydiyyatından tutmuş, kanalizasiya məsləsinə qədər hər şey problem olaraq qalır.

Vəziyyəti yerində işıqlandırmaq məqsədilə Axar.az-ın əməkdaşı həmin qəsəbənin sakinləri ilə görüşüb.

Rəsmi adı və qeydiyyatı olmayan bu qəsəbəni «Atçılıq» adı ilə axtarıb çətinliklə tapırıq. Qəsəbənin girişində Jokey klub — Atçılıq klubu yerləşdiyindən sakinlər öz aralarında bu yerləri “Atçılıq” adlandırırlar.
Gəlişimizdən xəbərdar olan sakinlər meyvə-tərəvəz dükanının yanında toplaşıb dərdlərini danışmaq üçün səbirsizliklə gözləyirlər. Bu qəsəbədə təkcə böyüklərin yox, uşaqların da ürəyi doludur.

Mindən çox şagird: Bizə məktəb tikin!

Sakinlərin sözlərinə görə, 10 mindən çox əhalisi olan qəsəbənin 2 minə yaxın məktəblisi var, ancaq məktəbi yoxdur. Şagirdlər hər gün əzab-əziyyətlə, istismar müddəti bitmiş köhnə avtobuslarla Binə qəsəbəsinə və ya «Vişnovka» deyilən ərazidəki məktəblərə gedirlər. Balacaların sözlərinə görə, hər gün köhnə avtobus yolda xarab olur və onlar dərsə gecikirlər.

Əhalinin sayı artdıqca məktəbə gedən uşaqların da sayı artır. Vəziyyət o yerə çatıb ki, bir avtobusda 60-70 şagird məktəbə gedəsi olur.

Uşağını əziyyətə salmaq istəməyən valideynlər isə ayda 20-30 manatdan keçib, fərdi taksilərlə övladını məktəbə göndərirlər. Hər ailədən iki və ya üç uşağın məktəbə getdiyini nəzərə alsaq, fəhləliklə ailə dolandıran insanlar üçün bunun nə demək olduğunu təsəvvür etmək çətin olmaz. İmkansızlıq ucbatından təhsildən kənardan qalan uşaqlar da az deyil.

Qəsəbə sakini Səbuhi Hüseynov deyir ki, bu vəziyyət çoxuşaqlı ailələri daha çox narahat edir: «Mənim üç uşağım oxuyur. Hər uşağa görə ayda 40 manat verirəm ki, buradan məktəbə aparıb-gətirsinlər. Özüm fəhlə adamam, pul çatdıra bilmirəm».

Mövcud çətinliklər uşaqların dərsə davamiyyətinə və nəticələrinə də təsir edir. Şagirdlər deyir ki, 7-10 km uzaqdakı məktəbə vaxtında çatmaq üçün səhər saat 6-da yuxudan durmalı olurlar.

Nə qəsəbənin adı var, nə də küçələrin…

Sakinlərin ən böyük narazılığı yaşadıqları yerin qeydiyyatının, eləcə də bələdiyyənin olmamasıdır. Minlərlə insan hər hansı arayış və ya ərizə üçün kimə, haraya müraciət edəcəyini bilmir.

Bundan əlavə, qəsəbənin və küçələrin adının olmaması əraziyə çağırılan təcili tibbi yardım maşınlarının da işinə mane olur. Qəsəbə sakini Xasay Abbasov deyir ki, dəfələrlə təcili tibbi yardım maşınları yolda azıb qalıb və xəstəmiz dünyasını dəyişib: «Evə gələn qonağa, təcili yardım maşınına yolu başa sala bilmirik. Yaxşı ki, bu dükanlar, marketlər var. Onların adı ilə güc-bəla gəlib evi tapırlar».

«Qurunt sularına möhtac qalmışıq»

Binənin adsız qəsəbəsinin problemləri saymaqla bitmir. Ancaq insan sağlamlığı üçün ən təhlükəli olan problem qəsəbənin su və kanalizasiya sisteminin olmamasıdır. Su problemini hər kəs öz imkanına görə həll edir. İmkanı olan hər ay 40 manat ödəməklə su maşınları ilə çəninə su vurdurur. İmkanı olmayan isə həyətində quyu qazdırıb yerdən çıxan qurunt sularından, duzlu sudan istifadə edir. Qəsəbənin əksər sakinləri isə ailəsini günəmuzd işləməklə dolandıran fəhlələrdir.

Sakinlər deyir ki, su problemi onların səhhətində ciddi xəstəliklərə səbəb olub. Digər tərəfdən qəsəbədə aptek və xəstəxananın olmaması vəziyyəti daha da çıxılmaz edir.

Bir dərman üçün ölçülən 10 km yol…

Qəsəbə sakini Ziyəddin Mənsimov xəstəxana və aptekin yoxluğundan şikayətlənir:

«Uşağa bir iynə vurdurmaq üçün ya Binəyə gedirik, ya da Mərdəkana. Vəziyyət çox acınacaqlıdır. Bizim qəsəbəyə baxan yoxdur. Elə bil, Bakının qəsəbəsi deyil, hansısa ucqar rayonun kəndidir».

Məmməd dayı isə deyir ki, burada xəstələnmək ölümə bərabərdir. «Adi bir dərman üçün köhnə avtobuslara minib yarım saat yol getməlisən. Təcili tibbi yardım maşınları yolu tapana qədər xəstə dünyasını dəyişir. Çirkli sular içməkdən hamı xəstədir. Uşaqlarımız ayın əvvəlində də xəstələnirlər, sonunda da».

Siyahı davam edir: Yollar və marşrutlar

Qəsəbənin yolları da bərbad gündədir. Asfalt örtüyünün vaxtaşırı yenilənməməsi istismar müddəti bitmiş marşrut avtobusların hərəkətini daha da məhdudlaşdırır. Sakinlər deyir ki, yayda toz-torpaqdan, qışda palçıqdan əziyyət çəkirik. Şikayət etməyə bələdiyyəmiz də yoxdur.

Sakinlərlə söhbət etdiyimiz vaxtda yanımızdan keçən marşrut avtobusları da diqqətimizdən yayınmır. Köhnə avtobuslar elə səs çıxarır ki, ona laqeyd qalmaq mümkün deyil. Mübaliğəsiz demək olar ki, hər gün minlərlə insan bu avtobuslara minməklə həyatını təhlükəyə atır.

Cənablar!

Qəsəbənin problemi bir deyil, iki deyil. Sakinlər bu çatışmazlıqların həlli üçün aidiyyatı qurumlara səslənirlər. Problemlərin aradan qaldırılması üçün əlaqədar dövlət qurumları: Xəzər rayon İcra Hakimiyyəti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Azərsu ASC və digərləri bir araya gəlməli, məktəb, xəstəxana, yol, marşrut, su və sair problemləri həll etməlidir. Hazırki durumda isə, qəsəbənin bələdiyyəsi belə yoxdur.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Atçılıq idman kompleksində 47 min oğurlandı

    Atçılıq idman kompleksində 47 min oğurlandı ...

    2-03-2016, 12:51

  • 
  • Su ayaqlar altına axır, adamlarsa suyu pulla alır

    Su ayaqlar altına axır, adamlarsa suyu pulla alır ...

    9-06-2016, 16:46

  • 
  • Binədə etirazlar və həbslərdən sonra yola çınqıl döşədilər

    Binədə etirazlar və həbslərdən sonra yola çınqıl ...

    11-11-2014, 23:35

  • 
  • Xəzər rayonunda özbaşınalıq hökm sürür - Təzə başçının nəzərinə...

    Xəzər rayonunda özbaşınalıq hökm sürür - Təzə ...

    15-02-2019, 14:32

  • 
  • Müəllim və şagirdlərdən Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinə MÜRACİƏT

    Müəllim və şagirdlərdən Azərbaycan Rəqəmsal ...

    7-06-2023, 12:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu