Elşad Məmmədov: “Mən heç vaxt şantaj etməmişəm, şər atmamışam, əksinə Hacı İbrahim məni şantaj edib, ölümlə hədələyib”
“Mən heç kimi şantaj etmirəm. Haqqımı tələb edirım. Hacı İbrahimdən 355 min manatımı almayana qədər geri çəkilən deyiləm. Pulla satın aldğı qəzetlərdə hər həftə mirzələrinə barəmdə hədyanlar yağdırır. Ancaq ona mirzəlik edən dırnaqarası jurnalistlər də bilməlidir ki, haqq-ədalət mənim tərəfimdədi. Əgər dediklərimə inanmırlarsa, istənilən media orqanında Hacı İbrahimlə debata çıxa bilərəm. Əlimdə olan sənədlər, maliyyə qəbzləri, arayışlar hər şeyi sübut edir” – bunu “Azadlıq”a iş adamı Elşad Məmmədov onu şantajda ittiham edən və Hacı İbrahimin satın aldığı qəzetlərdə barəsində gedən yazılara münasibət bildirərkən deyib.
Qeyd edək ki, “Bakı Xəbər” qəzeti bir neçə gün öncə Elşad Məmmədovu Hacı İbrahimi şantaj etməklə hədələdiyini yazmışdı. Yazının müəllifi iddia edir ki, Hacı İbrahimin iş adamına heç bir borcu yoxdu.
Elşad Məmmədov isəyazılanların yalan olduğunu deyir. Onun sözlərinə görə, o həyatı boyu heç kimi şantaj etməyib.: “Hər şey ortalıqdadı. Mənim kimisi şantaj etməyimlə bağlı bircə faktı sübut kimi ortaya qoysalar bird aha bu mövzuya qayıtmaram. Əksinə, Hacı İbrahim həmişə məni şantaj, təhdid edib. Bununla bağlı ölkənin hüquq-mühafizə orqanlarına müraciətlər etmişəm. Onun mühafizəçisi dəfələrlə məni açıq nömrədən həbslə, ölümlə hədələyib. Hacı İbrahim öz əlaltı qəzetlərinə deyib ki, guya mən Gürcüstana qaçmışam, “Bandotdel”də olmuşam və orada hər şeyi etuiraf etmişəm. Axı, belə bir şey olmayıb. Gürcüstana bir-iki günlük getmişəm, ancaq bu qaçmaq deyil. Harasa getməyi Hacı İbrahim və onun mirzələri qaçmaq hesab edirsə, onda birinci qaçan Nehrəmlinin özüdü. Çünki hər ay bir ölkəyə istirahətə, pulla aldığı mükafatların təqdimatına gedir. “Bandotdel”də də heç vaxt olmamışam. İndi baxın, kim şantaj edir, kim şər atır, kimin hüquqları pozulub? Hacı İbrahim qəzetlərinə deyir ki, guya mən onun üçün iş görməli, qapı-pəncəər qoymalı imişəm və bunun müqabilində iki mənzil verəcəkdi. Bu da ağ yalandı. İndiyə qədər heç zaman qapı-pəncərə biznesiylə məşğul olmamışam. Əlimdəki maliyyə arayışı və ödədiyim qəbzlərdə də bu barədə heç nə yazılmayıb. Sənədlərdə “Avesta” konserninə məxsus olan “Həsən-96” MTK-dən 51 və 52 saylı iki mənzil almışam və bunun üçün 355 min manat vəsait ödəmişəm. hanı qapı-pəncəə müqaviləsi? Əgər belə şey olsaydı Hacı İbrahim satın aldığı qəzetlər kimi məhkəməyə, polisə sifariş verib həbsə atdırmışdı”.
Elşad Məmmədov hacı İbrahimin mirzəsinin “özünü yandırdı”, “ağzını tikdi”, indi də Prezident Administrasiyasının önündə “oturacaq”” fikrinə də münasibət bildirdi: “Bəli, mən özümü yandırmaq istəmişəm. Bu kimisə şantaj etmək deyil, haqqım uğrunda mübarizənin nəticəsiz və üç körpə uşağımla kirayələrdə qaldığım üçün bunu etmək istəyirdim. Bu ilin fevralın 1-də - 355 min manat verib iki mənzil aldığım günün iki ilin tamamında intihar edəcəkdim. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev, şöbə müdiri vüqar Əliyev və prokuror Nazir Quliyev qəbul edərək haqlı olduğumu bildirdilər. Məhkəmə predmeti olduğu üçün Ali Məhkəmənin Pleniumunda hər şeyə ədalətlə baxacaqlarına söz verdilər. yalnız bundan sonar mən fikrimdən daşındım. Ağız tikmək məsələsinə qaldıqda isə 8 gün aclıq etmişəm. Bu barədə ölkənin əksər media orqanları yazıblar. Sosial şəbəkələrdə, internetdə istədikləri qədər məlumat əldə edə bilərlər. Hər iki cəhdim nəticəsiz qaldı. Artıq heç kimin Hacı İbrahimlə bacarmadığını görüb ancaq bu işə ölkə başçısı İlham Əliyev bir əncam çəkəcəyini düşünüb avqustun 3-də 12-də Prezident Administrasiyası önündə gecələyəcəm. Bəlkə ölkə başçısı bu atdığım addımdan sonar başıma gələn haqsızlığa “dur!” dedi. Əgər bunun da bir faydası olmasa, xarici ölkələrə müraciət edib sığınacaq alacam. Çünki bu ölkədə yaşamaq, kiçik bir sahibkar üçün milyonları olan Hacı İbrahimin əlindən yaşamaq mümkün deyil”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?