Mer Oleq Babayev səhər saatlarında idman kostyumunu geyinib, zibil torbasını götürüb və mobil telefonunu evdə unudaraq “Mersedes C 500” avtomobilinə minərək iş dalınca gedib. O, zibil torbasını zibil yeşiyinə atmaq üçün dayananda qəfildən VAZ 2108 avtomobili yaxınlaşıb, avtomobildən çıxan killer səsboğucusu olan tapança ilə merə üç dəfə atəş açıb.
Aldığı yaralardan mer yerindəcə keçinib. Məlumatda bildirilir ki, Oleq Babayev Kremençuq əhalisi arasında böyük nüfuza malik olub və Avromaydan tərəfdarlarından biri idi.
O.Babayev 1965-ci ildə Kurskda anadan olub, mənşəcə azərbaycanlıdır. 1990-cı ildə Ukrayna vətəndaşlığını qəbul edib. 2007-2010-ci illərdə keçmiş baş nazir Yuliya Timoşenkonun “Batkıvşina” partiyasından deputat olub. 2010-cu ildə Kremençuq meri seçilib.
* * * 14:38
Bu gün Ukraynada yerli vaxtla saat 10 radələrində Kremençuq şəhərinin meri Oleq Babayev güllələnib.
Virtualaz.org Ukraynadakı mənbələrə istinadən xəbər verir ki, qətl Babayevin yaşadığı evin qarşısında baş verib. Mer üç atəşlə öldürülüb. O.Babayevin Azərbaycan mənşəli olduğu bildirilir. Qətlin motivləri hələ məlum deyil.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?