Kaliforniya ştatının Bel Qardens şəhərinin meri Daniel Krespo həyat yoldaşı tərəfindən güllələnib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, məmur və onun yoldaşı Levetta arasında münaqişə məişət zəminində baş verib. Münaqişə zamanı cütlüyün 19 yaşlı oğlu valideynlərini sakitləşdirməyə çalışıb. Məhz oğul atasını sakitləşdirən an qadın tapançadan ərinə bir neçə dəfə atəş açıb.
Məlumata görə, mer xəstəxanada keçinib. Cütlüyün 30 il nikahda olduğu bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?