GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Müstəntiq pul təklif elədi, türmə rəisi isə başını qırxdı

Müstəntiq pul təklif elədi, türmə rəisi isə başını qırxdı

Tarix: 30-07-2014, 11:01 Bölmə :Ölkə Baxış: 0
Müstəntiq pul təklif elədi, türmə rəisi isə başını qırxdı


Hazırda 1 saylı Cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayan Ramiz Şadmanovun «Reytinq»in ötən sayında dərc olunan şikayət məktubu böyük əks-səda doğurub.

Xatırladaq ki, həmin məktubda Ramiz Şadmanov Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərovun təzyiqləri ilə üz-üzə olduğunu bildirib və əlavə edib ki, müstəntiqin onu ciddi şəkildə narahat etməsini 2008-ci ildə yaşanan bir hadisədən qaynaqlanıb.

Məhbus bildirib ki, Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi ev 104-də yerləşən ev alqı-satqı ofisində işlədiyi zaman yaxından tanıdığı Sevinc Babayeva (Bu xanım cəmiyyətə Güllər Əhmədovanın məlum işindən tanışdır- redaksiya) ilə birlikdə Əkbər Yunis oğlu Tanrıverdiyev, Elçin Əkbər oğlu Verdiyev və Fatma adlı bir qadın yanına gəlib və onlara Bakı şəhərinin bir neçə istiqamətində daşınmaz əmlaklar almalarına kömək edib. Həmin vaxtı bu adamlar ona Moskvada yaşayan tanınmış Azərbaycanlı milyonçu olan Söyün Sadıqovun yaxını Usaməddin adlı şəxsin oğlunun Azərbaycanda ali məktəbə qəbul edilməsi söhbəti də ediblər: «Söhbətlərin birində Əkbər dedi ki, onun Usaməddin adlı yaxın dostunun oğlu Elviri hər hansı bir universitetə qəbul etdirmək lazımdır. Bəli, etiraf edirəm ki, mənim və Sevinc Babayevanın bu işlərlə məşğul olan Lyüdmila adlı tanışımız vardı. Və məndən onun telefon və ünvanını soruşdular. Bundan sonra Əkbər, sonradan uşağın, yəni Elvirin dayısı olduğu bilinən Elçin Verdiyev və Sevinc Babayeva həmin uşağın qəbul məsələsi haqda Lyüdmila ilə danışmağı məsləhət elədilər. Bundan bir neçə gün sonra onlar yenidən ofisə gəldilər. Orada Sevinc mənə 200 dollar verdi. Əlavə olaraq isə Elvirin ali məktəbə qəbulu üçün Lyüdmilaya çatacaq 1500 dollar pulu da ona verməyimi tapşırdılar. Mən də kuryer xidməti göstərib, həmin pulu Lyüdmilaya çatdırdım. İşin sonrasından isə xəbərim olmayıb. Çünki mən həmin ilin sentyabrın 17-də tutuldum».

Məhbus yazıb ki, 2013-cü ildə isə yanına müstəntiq Cövdət İsgəndərov gəlib və o, yuxarıda adları çəkilən ev və torpaq sahələri alan şəxslərin kimliyi və digər məsələlərlə bağlı suallar verib: «Mən də onun bütün suallarına tam səmimi cavab verərək, hər şeyi olduğu kimi danışdım. Lakin müstəntiq nədənsə mənim izahatım və cavablarımın onu qane etmədiyini dedi. "Səmimi söhbət”ə keçən Cövdət İsgəndərov dedi ki, izahatı onun istədiyi kimi verim, yəni o, diqtə eləsin, mən də elə yazım. Hətta bunun üçün mənə 500 dollar pul verəcəyini də əlavə edərək, mənə bəzi məsələlərdə kömək edəcəyini də dedi. Sözündən belə çıxdı ki, Əkbər Tanrıverdiyevin əsgər yoldaşı olduğu bildirilən və mənim Ələmdar kimi tanıdığım biri haqda müstəntiqin istədiyi ifadə verməliyəm. Mən isə haqsızlığın nə olduğunu, cinayətdə iştirakçı olmayan birinin həyatını qaraltmaq istəmədiyimi deyərək, müstəntiqin təklifindən imtina etdim. Bundan sonra o, məni küçə söyüşləri ilə təhqir və təhdid etməyə başladı».

Qeyd edək ki, bu yazıdan sonra Söyün Sadıqov saytların birinə açıqlama verib və o, Əkbər Tanrıverdiyevi tanımadığını deyərək, bunun ona qarşı təxribat olduğunu bildirib.

«Reytinq» qəzeti isə bu şikayətin izi ilə bir sıra maraqlı məqamların izinə düşüb. Aydın olub ki, Əkbər Tanrıverdiyev və onun yaxın ətrafının ali məktəbə qəbul etdirmək istədiyi şəxs Moskvada yaşayan Hüsaməddin Nəzərovun oğludur. Bu, o Əkbərdir ki, adı cinayət işində həm də Hüsaməddinin biznes şəriki kimi keçir. Məsələnin ən maraqlı tərəflərindən biri də odur ki, adıçəkilənlər qanunsuz tələbə qəbulu məsələsindən cinayət işindən kənarda saxlanılıblar. Yəni konkret olaraq onların adı cinayət işində yalnız şahid kimi keçir. Bu baxımdan Söyün Sadıqovun qeyd edilən açıqlamanı verməsini başa düşmək çətin deyil.

Araşdırmamız zamanı o da aydın olub ki, adıçəkilənlərin qanunsuz valyuta dövriyyəsi ilə məşğul olan dəstə ilə də sıx əlaqələri var. Bu barədə cinayət işində epizodik hallar olsa da, nədənsə müstəntiq Cövdət İsgəndərov tərəfindən Hüsaməddin Nəzərovun ifadəsi əsasında istintaqda adı şahid kimi göstərilən Rakif adlı şəxsin simasında qanunsuz valyuta dövriyyəsi ilə məşğul olan dəstə üzvləri haqda heç bir araşdırma aparmayıb. Halbuki, bu hal cinayət işinin daha obyektiv araşdırılmasına vəsilə olmaqla yanaşı, həm də bankların səlahiyyətini mənimsəyən dəstənin ifşası demək olardı...

Əldə etdiyimiz digər bir məlumat da daha maraqlıdır. Bildirilir ki, Ramiz Şadmanovun iddia etdiyi bəzi məqamlar üzrə faktlar həqiqətdir: «Belə ki, cinayət işində adı keçən Lyüdmila da onun dediklərini istintaq da böyük ölçü də təsdiqləyib. Bundan əlavə, işin tamamilə kənar bir adama, Ramiz Şadmanovun "Ələmdar” kimin tanıdığı və Əkbər Tanrıverdiyevin əsgər yoldaşı olan tanınmış bir YAP fəalına yüklənməsi məsələsi ciddi xarakter almağa başlayıb».

«Reytinq» bildirir ki, həmin YAP-çının adı və soyadı da bizə məlumdur. Lakin onun istintaq sənədlərində qeyd olunan nömrəsinə zəng çatmadığından danışma bilmədik. Odur ki, adını yazmağı hələ ki məqbul saymadıq.

Araşdırmamız zamanı o da aydın oldu ki, müstəntiq C.İsgəndərovun məhbusa rüşvət təklif etməsi və ona həbsxanada təzyiqlər etməsi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda da iş açılıb. Lakin prokurorluğun Əkbər adlı müstəntiqi ilə də danışa bilmədiyimizdən bəzi detallara toxuna bilmədik.

Bu arada isə Ramiz Şadmanovun həbsxanada ciddi təzyiqlərlə üz-üzə qaldığı ilə bağlı da müəyyən informasiyalar əldə olunub. Aydın olub ki, Cövdət İsgəndərovun həbsxanaya gedib, Ramiz Şadmanovdan istədiyi izahatı ala bilməməsindən sonra bir həftə əvvələ qədər həmin müəssisənin rəisi olan yerlisi Fikrət Qafarov məhbusa işgəncələr verdirib. İddiaya görə, əsassız olaraq məhbusun saçı qırxılıb, onu karsa salıblar. Hətta türmə rəisinin «Sənə deyilən izahatı verməyənə qədər günün bu olacaq» dediyi də bildirilir. Təəssüf ki, bir həftə əvvəl Qobustan Qapalı Həbsxanasına rəis göndərilən Fikrət Qafarovun telefonu «daxil olan zəngləri qəbul etmədiyi»ndən danışa bilmədik.

Növbəti sayımızda cəmiyyəti və hüquq-mühafizə orqanlarını yaxından maraqlandıracaq məlumatlarla bağlı araşdırmalarımızı davam etdirəcəyik.

Yazıda adları hallanan hər kəsin mövqeyini də işıqlandırmağa hazırıq!

"Reytinq” qəzeti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Söyün Sadıqovla Sevinc Babayevanın adının hallandığı qaranlıq cinayət işi

    Söyün Sadıqovla Sevinc Babayevanın adının ...

    23-07-2014, 23:17

  • 
  • Bakıda həbsxanada qanlı olay - Məhbusun başını əzdilər

    Bakıda həbsxanada qanlı olay - Məhbusun başını ...

    6-06-2016, 12:28

  • 
  • Sevinc Babayevanın oğlu həbs oluna bilər

    Sevinc Babayevanın oğlu həbs oluna bilər ...

    24-01-2013, 11:00

  • 
  • ​Daha bir məhbus NAMƏLUM ŞƏRAİTDƏ ÖLDÜ

    ​Daha bir məhbus NAMƏLUM ŞƏRAİTDƏ ÖLDÜ ...

    14-12-2017, 16:42

  • 
  • 17 saylı CM-də 5 məhbus özünü doğradı

    17 saylı CM-də 5 məhbus özünü doğradı ...

    14-11-2013, 13:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu