GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Söyün Sadıqovla Sevinc Babayevanın adının hallandığı qaranlıq cinayət işi

Söyün Sadıqovla Sevinc Babayevanın adının hallandığı qaranlıq cinayət işi

Tarix: 23-07-2014, 23:17 Bölmə :Ölkə Baxış: 0
Söyün Sadıqovla Sevinc Babayevanın adının hallandığı qaranlıq cinayət işi


Redaksiyamıza hazırda 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkənməhbus Ramiz Nəbi oğlu Şadmanovtərəfindən şikayət məktubu daxil olub.
Məhbus 1988-ci ildən Ermənistanınİrəvan şəhərinin Əzizbəyov rayonundandeportasiya olunduqlarını və ŞuşanınMalıbəyli kəndinə köçürüldüklərini, dahasonra isə ermənilər tərəfindən oradan da didərgin salınaraq, ölkənin müxtəlifbölgələrində yaşadıqlarını və nəhayət, Bakıya köçdüklərini yazaraq, mətləbəkeçib.
Hazırda Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 41, mənzil 47-də mənzil olduğunu və pasport qeydiyyatında olduğunu yazan Ramiz Şadmanov biri anadangəlmə əlil(Qan xəstəliyindən əziyyət çəkir) olmaqla üç övlad sahibi olduğunu, tutulduqdan sonra həyat yoldaşı Nüşabə Ağamalıyevanın da 2010-cu ilin may ayında süd vəzisi xərçəngindən vəfat etdiyini bildirib: «Hazırda övladlarım 84 yaşlı anamın himayəsində yaşayırlar. Diqqətinizə çatdırım ki, mən 2008-ci ildə törətmədiyim cinayətə görə həbs olunmuşam. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə 3 il azadlıqdan məhrum edilsəm də, Bakı şəhər Prokurorluğunun müstəntiqi Ehtiram Baxşəliyevin protesti əsasında Bakı Apellyasiya Məhkəməsi cəzamın müddətini artırdı. Həmin məhkəmənin hakimi Faiq Qasımov məni 8 il azadlıqdan məhrum edən hökm verdi. Cəzamın sonu 17 sentyabr 2016-cı ildə başa çatır».
“Müstəntiqin təzyiqi ilə üz-üzəyəm!”
Pulunun olmadığına görə bu vəziyyətlə üzləşdiyini və haqsızlığın nə demək olduğunu yaxşı anladığını bildirən Ramiz Şadmanov yazır ki, günü bu gün də onu rahat buraxmayan paqonlular var: «Mən xeyli müddətdir Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərovun təzyiqləri ilə üz-üzəyəm. Halbuki, bildiyiniz kimi, azadlıqdan məhrum edilmiş şəxslər təkcə azadlıqlarını itirirlər, yəni məhkumların da özlərinə görə hüquq və vəzifələri var və hər bir insan kimi mənim hüquqlarım da tapdalanmamalıdır. Ancaq bu Cövdət İsgəndərov açıq şəkildə nəinki mənim hüquqlarımı tapdalayır, hətta mənə açıq şəkildə təzyiq etməkdən də çəkinmir. Bu azmış kimi, o, mənə məkrli məqsədinə çatmaq üçün də rüşvət də təklif edib».
Məşhur Sevinc Babayevanın adı yeni qalmaqalda!
Ramiz Şadmanov Nəsimi Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərovun onu ciddi şəkildə narahat etməsini 2008-ci ildə yaşanan bir hadisədən qaynaqlandığını bildirir.
Beləliklə, tutulmamışdan əvvəl «Təzə bazar»ın yaxınlığında, daha dəqiqi, Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi ev 104-də yerləşən ev alqı-satqı ofisində işlədiyini xatırladan Ramiz Şadmanov yazır ki, 2008-ci ilin yay aylarında əvvəllər yaxından tanıdığı Sevinc Babayeva (Bu xanım cəmiyyətə Güllər Əhmədovanın məlum işindən tanışdır- redaksiya) ilə birlikdə Əkbər Yunis oğlu Tanrıverdiyev, Elçin Əkbər oğlu Verdiyev və Fatma adlı bir qadın gəliblər: «Onlar mənə «Kubinka» deyilən ərazidən 4-5 ev və torpaq sahəsi tapmağımı xahiş etdilər. «Kubinka»da göstərdiyim 3 evi bəyənib, beh də verdilər. Eyni zamanda, Binəqədi rayonu Xocaəsən qəsəbəsində makler Hacı İsmayılın göstərdiyi hər biri 6 sot olmaqla iki torpaq sahəsi, eləcə də, həmin ərazidə dağın arxa tərəfindən də 12 sot yer aldılar. Bir daha bildirirəm ki, mən, bu adamları məhz Sevinc xanıma görə tanımışam və xidmət haqqı olaraq 2 faizə işləmişəm. Düzdür, onlarla bir neçə dəfə bir yerdə restoranda yeyib-içmişik.Bundan əlavə, onlar məni əslən Gürcüstandan olan Rakif adı şəxslə dəgörüşdürüb və bildiriblər ki, alınacaq bəzi ev və torpaq sahələri Rakifin adınasənədləşdiriləcək.
Nə isə. Sözüm ondadır ki, 2013-cü ildə cəzamı çəkdiyim müəssisəyəmüstəntiq Cövdət İsgəndərov gələrək mənimlə söhbət etməyə başladı. O, məniyuxarıda adları çəkilən ev və torpaq sahələri alan şəxslərin kimliyi və digərməsələlərlə bağlı sorğu-suala tutdu. Mən də onun bütün suallarına tam səmimicavab verərək, hər şeyi olduğu kimi danışdım. Lakin müstəntiq nədənsə mənimizahatım və cavablarımın onu qane etmədiyini dedi. “Səmimi söhbət”ə keçənCövdət İsgəndərov dedi ki, mən, izahatı onun istədiyi kimi verim, yəni o, diqtəeləsin, mən də elə yazım. Hətta bunun üçün mənə 500 dollar pul verəcəyini dəəlavə edərək, mənə bəzi məsələlərdə kömək edəcəyini də dedi. Sözündən belə çıxdı ki, Əkbər Tanrıverdiyevin əsgər yoldaşı olduğu bildirilən və Ələmdar kimi tanıdığım biri haqda müstəntiqin istədiyi ifadə verməliyəm. Mən isə haqsızlığın nə olduğunu, cinayətdə iştirakçı olmayan birinin həyatını qaraltmaq istəmədiyimi deyərək, müstəntiqin təklifindən imtina etdim. Bundan sonra o, məni küçə söyüşləri ilə təhqir və təhdid etməyə başladı».
Prokurorluq müstəntiqlə bağlı məhkuma barışıq təklif edib?
Ramiz Şadmanov bildirir ki, müstəntiqin təzyiq və təhdidlərinin əndazəni aşdığını görüb, bu haqda ölkənin baş prokuroru Zakir Qaralova və Daxili İşlər Nazirliyinin Baş Təhqiqat İdarəsinə şikayətlər yazıb: «Bu şikayətdən sonra cəza çəkdiyim müəssisəyə Nəsimi rayon Prokurorluğundan müstəntiq Əkbər Rzayev gəldi. O, mənə şikayətimi geri götürməyi və Cövdət İsgəndərovla barışmağımı xahiş etsə də, razılaşmadım. Prokurorluğun müstəntiqinə Cövdət İsgəndərovun məqsəd və niyyətinin nədən ibarət olmasından tutmuş, mənə rüşvət təklif etməsi, təhqirləri və digər halların hamısını izahatımda geniş şəkildə yazdım. Hələ ki şikayətlərimlə bağlı müsbət nəticə olub-olmadığını isə bilmirəm».
Sevinc Babayeva, Söyün Sadıqov və digərlərinin adının hallandığı olaylar nədən ört-basdır edilir?
Şikayətçi bundan sonra hadisənin motivinə toxunub. O, müstəntiqC.İsgəndərovun, əslində, Moskva şəhərində yaşayan Əkbər Tanrıverdiyevin sıxəlaqədə olduğu Söyün Sadıqovun Azərbaycanda daşınmaz əmlak sahibinəçevrilməsində iştirak etdiyini bildirərək, ortada qaranlıq məqamların olduğunuetiraf edib: «Yuxarıda qeyd etdiyim adamların ev və torpaq sahələri almasınakömək etdiyim ərəfədə Əkbər Tanrıverdiyev və onun ətrafı ilə tanış oldum. Vəsöhbətlərin birində Əkbər dedi ki, onun Usaməddin adlı yaxın dostunun oğluElviri hər hansı bir universitetə qəbul etdirmək lazımdır. Bəli, etiraf edirəm ki,mənim və Sevic Babayevanın bu işlərlə məşğul olan Lyüdmila adlı tanışımızvardı. Və məndən onun telefon və adresini soruşdular. Bundan sonra Əkbər,sonradan uşağın, yəni Elvirin dayısı olduğu bilinən Elçin Verdiyev və SevincBabayeva həmin uşağın qəbul məsələsi haqda Lyüdmila ilə danışmağıməsləhət elədilər. Bundan bir neçə gün sonra onlar yenidən ofisə gəldilər.Orada Sevinc mənə 200 dollar verdi. Əlavə olaraq isə Elvirin ali məktəbəqəbulu üçün Lyüdmilaya çatacaq 1500 dollar pulu da ona verməyimi tapşırdılar.Mən də kuryer xidməti göstərib, həmin pulu Lyüdmilaya çatdırdım. İşinsonrasından isə xəbərim olmayıb. Çünki mən həmin ilin sentyabrın 17-dətutuldum.
Hörmətli redaksiya!
Xahiş edirəm, mənim məktub formasında sizə ünvanladığım izahatı dərcetməklə, müstəntiq Cövdət İsgəndərovun bu işdə hansı maraqlar güddüyünü dəaraşdırasınız. Sizə onu deyə bilərəm ki, həmin qəbul məsələsinin başında duranƏkbər, Elçin və digər yanımda olanları müstəntiq «sudan quru» çıxarmağaçalışmaqla, həmin işi Əkbərin əsgər yoldaşı olmuş və bu məsələdə heç bir roluolmayan Ələmdar adlı birinə «yükləmək» istəyir. Mən isə içəridə cəza çəkənbiri kimi, kiminsə ocağının haqsız şəkildə qaraldılmasına məcbur edilirəm.Görünür, Söyün Sadıqovun pulunu «fırladan» Əkbər Tanrıverdiyev və yaxın ətrafıpul sayəsində bu işdən də yayınmaqla yanaşı, məni də öz əməllərinə ortaqetməkdə və kiməsə cinayəti yükləməkdə qərarlıdırlar. Ancaq bir daha bəyanedirəm ki, müstəntiq Cövdət İsgəndərovun cəhdlərinə baxmayaraq, hadisəyazdığım kimi olub.
Xahiş edirəm, məktubu dürüst və düzgün işıqlandırmaqla mənə kömək eləyin!».
Son olaraq, onu da qeyd edək ki, Azərbaycan hakimiyyətini mütəmadiMoskvadan təhdid edən Söyün Sadıqovun da adının hallandığı hadisədə nədənqaranlıq məqamların araşdırılmaması, Söyün Sadıqovun, Sevinc Babayevin vədigərlərinin adının nədən çəkilməməsini istəyən müstəntiqin hərəkətləri,həmçinin, Ramiz Şadmanovun dediyi kimi, işin nədən Ələmdar adlı şəxsə«yüklənməsi»nə çalışılması və digər hallarla bağlı Cövdət İsgəndərovunmövqeyini öyrənməklə araşdırmalarımız davam edəcək(“Reytinq” qəzeti).
Mia.az sözügedən məqalə ilə bağlı müəyyən araşdırma aparıb. Aydın olub ki, Ramiz Şadmanovun şikayətində yer alan və müstəntiq Cövdət İsgəndərovun apardığı iş hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baxışdadır.
Məhkəmədən əldə etdiyimiz qeyri-rəsmi xəbərə görə, Söyün Sadıqovun, Sevinc Babayevin adının hallandığı iş üzrə sabah növbəti məhkəmə prosesi keçirilməlidir.
Təəssüf ki, nə müstəntiqin, nə də digər adı çəkilənlərdən iddialarla bağlı mövqe öyrənmək mümkün olmayıb.
Yazıda adları hallanan hər kəsin mövqeyini də işıqlandırmağa hazırıq!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sevinc Babayevanın meyiti Bakıdadır

    Sevinc Babayevanın meyiti Bakıdadır ...

    30-12-2012, 11:56

  • 
  • I qrup əlil Nəsimi rayon İcra Hakimiyyətindən şikayətçidir - “ŞİRİNLİK” istəyir - Şikayət

    I qrup əlil Nəsimi rayon İcra Hakimiyyətindən ...

    24-01-2018, 22:22

  • 
  • Sevinc Babayevanın ölümü rəsmən təsdiqləndi

    Sevinc Babayevanın ölümü rəsmən təsdiqləndi ...

    27-12-2012, 19:30

  • 
  • Eynulla Fətullayev sui-qəsdçilərlə görüşdü

    Eynulla Fətullayev sui-qəsdçilərlə görüşdü ...

    13-12-2012, 17:10

  • 
  • Müstəntiq pul təklif elədi, türmə rəisi isə başını qırxdı

    Müstəntiq pul təklif elədi, türmə rəisi isə ...

    30-07-2014, 11:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu