Ermənilərin Kəlbəcərdə öldürdüyü Cəbrayıl rayon sakini Həsən Həsənovun Cəbrayıl rayonundan çəkdiyi görüntülər yayılıb.
Məlumata görə, iyulun 11-də Kəlbəcərdə girov düşərək öldürülən Həsən Həsənovun Kəlbəcərdən əvvəl, doğulub boya-başa çatdığı Cəbrayıl rayonuna getdiyini əks etdirən videogörüntü yayılıb. O, işğal olunmuş Cəbrayılın doğma Mehdili kəndi ilə qonşuluqda yerləşən Cocuq Mərcanlı kəndinə səfər edərək orada video-çəkiliş həyata keçirib.
Qeyd edək ki, 1993-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilən bu kənd Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı erməni işğalından azad olunub və hazırda rayonun təmas xəttində yerləşən və ordumuzun tabeçiliyində olan yeganə yaşayış məntəqəsidir.
Xatırladaq ki, 3 azərbaycanlı iyulun 11-də Kəlbəcərdə girov düşüblər. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu müqavimət göstərdiyi üçün öldürüb. Ermənilər hər 3 azərbaycanlını diversant kimi təqdim edirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?