İyulun 25-də axşam saatlarında Azərbaycanın bəzi elektron KİV-ləri erməni saytlarına istinadən Kəlbəcərdə girov götürülərək, qətlə yetirilən Cəbrayıl rayon sakini Həsən Həsənova məxsus olduğu iddia edilən bir fotoşəkil yayıblar. Azərbaycan KİV-lərinin şəkillə birgə yaydığı mətndə “Həsən Həsənovun öldürülən anda çəkilmiş şəklidir” deyə qeyd edilib.
Modern.az saytı məsələni araşdırarkən Azərbaycan mətbuatının ermənilərin növbəti fitvasına uyduğunu müəyyən edib. Təəssüf ki, bəzi KİV-lərimiz ermənilərin saxta informasiyasına aldanaraq, əminliklə həmin şəklin Həsən Həsənov oluduğu barədə təsdiqlənməmiş xəbəri tirajlayıblar.
Amma erməni mətbuatına istinad edib «Kəlbəcərdə itkin düşən Həsən Həsənovun şəklidi” deyə bizim medianın paylaşdığı foto saxtaymış. Şəklin saxta oludğunu Həsən Həsənovun qardaşı da bildirib.
Həmin saxta şəkli ermənilər hələ 2010-cu ildə paylaşıblarmış.
Məsələn, tesankyun.am adlı bu erməni saytının linkinə baxaq:http://tesankyun.am/2010/04/98-cu1bl1/
Bu saytdakı informasiya həmin şəkillə birlikdə 2010-cu il aprelin 15-i tarixində yayılıb.
Həmin şəkil daha bir neçə erməni saytında illər öncə dərc edilibmiş. Yəqin ki, ermənilər saxtakarlıqlarını bildiyimizi anladıqda dərhal bu informasiyani arxivdən silib atacaqlar. Ona görə də aşağıdakı şəkli çəkib yerləşdiririk ki, düşmən mediasının saxtakarlığı üçün sübut olsun. Qırmızı dairədəki tarixə diqqət edin:
Belə görünür ki, Azərbaycana qarşı informasiya müharibəsi aparan ermənilər təəssüf ki, növbəti dəfə mətbuatımızı öz oyunlarına çəkə biliblər.
Modern.az olaraq həmkarlarımızı girovumuzun ailə üzvlərinin keçirdiyi iztirabı nəzərə alıb, Həsən Həsənova aid edilən saxta şəkillə bağlı xəbərdə gec də olsa, düzəliş etməyə çağırırıq.
Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürüldüyü haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Hazırda girovluqda olan Ş.Quliyev və D.Əsgərova qarşı “DQR”də cinayət işi açılıb. Girov düşmüş 3-cü şəxsi — Həsən Həsənovu isə ermənilər öldürdüklərini deyirlər…
Sorğu
Yeni dizaynımız necədir?