Bu ilin mart ayında MTN-nin keçirdiyi əməliyyatdan sonra şübhəli olayların yaşandığı "Bank of Baku” ASC-nin rəhbərliyi banka müraciət edən müştərilərdən ciddi skandal yarada biləcək sorğulara cavab verilməsini tələb etməyə başlayıblar.
Mia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda bildirilir ki, «Bank of Baku» hüquq-mühafizə orqanlarının səlahiyyətinə aid olan hüququ mənimsəyərək, müştəriləri təftiş edən tamamilə qanunsuz addım atıblar. Belə ki, bank rəhbərliyi müştərilərin ABŞ-la nə kimi əlaqələrini dərindən təftiş edəcək sorğu blankı hazırlayıb və bunu doldurmağı tələb edirlər.
Mia.az sosial şəbəkədə yaylan həmin sorğu bankını və orada qeyd edilən sualları da oxucuların öhdəsinə buraxır və sözügedən bankla əməkdaşlıq zamanı diqqətli olmağı məsləhət görür.
Onu da qeyd edək ki, bu ilin mart ayında MTN tərəfindən həmin bankda ciddi əməliyyat-istintaq tədbirlərinin keçirilməsi haqda dövrü mətbuatda xəbərlər yayılmışdı. Həmin xəbərlərdən bir neçə gün sonra bankın müşahidə şurasının və müəyyən səhm payı sahibi olan Elçin İsayev şübhəli şəkildə vəzifəsindən uzaqlaşdırılmışdı. Onun yerinə isə bankın Müşahidə Şurasının üzvü, həm də Azərbaycan Beynəlxalq Bankının baş direktoru olan Elmir Həbibullayev seçilmişdir. Lakin bu hadisənin üstündən bir ay ötməmiş Elmir Həbibullayev nəinki "Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədrliyindən, həm də üzvlüyündən müəmma doğuracaq formada uzaqlaşdırıldı. Elçin İsayev isə yenidən postuna qayıtdı.
Sorğu
Yeni dizaynımız necədir?